İspaniya yığmasına kömək edə bilməyəcək

2.06.2022 19:27 503
Dünya futbolu
İspaniya yığması Millətlər Liqasının bu ay keçiriləcək oyunlarına ciddi itki ilə çıxacaq.

Yarımmüdafiəçi Tyaqo Alkantara zədə səbəbindən milli komandanın 4 matçını buraxacaq. “Liverpul”un 31 yaşlı yarımmüdafiəçisi artıq yığmanın düşərgəsini tərk edib. Alkantara Portuqaliya, İsveçrə və Çexiya ilə iki matçda milliyə kömək edə bilməyəcək. İspaniya mənbələri baş məşqçi Luis Enrikenin onun yerinə başqa futbolçu çağırmayacağını da xəbər verib.

Tyaqo 2021/22 mövsümündə “Liverpul”un heyətində bütün turnirlərdə 39 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul