• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Heydər Əliyev: “Bu halı görəndə özüm də ruh düşkünlüyü yaşayıram” - LAYİHƏ

Layihə / Manşet

27-03-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımıza davam edirik.

Növbəti həmsöhbətimiz nə futbolçudu, nə də futbol mütəxəssisi. Amma Azərbaycanda keçirilən uşaq liqalarını izləyənlər, orda iştirak edən futbolçular onu yaxşı tanıyır. Heydər Əliyev öz təşəbbüsü ilə uşaq liqalarının keçirildiyi stadionlara baş çəkir, qarşılaşmaları lentə alır və “QOOL TV” yutub kanalında onları paylaşır. Özü də bu işləri heç kimin köməyi və dəstəyi olmadan görür. Onunla söhbətimizdə həm bu təşəbbüsündən, həm də uşaq futbolu ilə bağlı müşahidələrindən danışdıq.

- Heydər bəy, bizim bildiyimizə görə, siz uşaq liqalarının əksər oyunlarına baş çəkirsiz, çəkilişlər edirsiz. Bu maraq sizdə hardan yarandı? Ümumiyyəylə, “QOOL TV” hansı zərurətdən yarandı?
-Əvvəla, sizə minnətdaram ki, “QOOL TV” yutub kanalına və şəxsən mənim fəaliyyətimə diqqət ayırmısız. Mən özüm futbolla məşğul olmuşam. Səbail uşaq və gənclər idman məktəbinin heyətində çıxış etmişəm. 2010-cu ildə komandamız paytaxt birinciliyinin qalibi, bundan bir il sonra Bakı kubokunun finalçısı olub. Amma bu mükafatlarım sonra heç bir işə yaramadı, futbolçu kimi karyera qura bilmədim, oynamağım üçün klub tapılmadı. Düzdü, özüm də bir qədər məsuliyyətsiz davrandım. Yaşım az idi, yol göstərənim yox idi. Elə bu marağıma görə sonradan qərar verdim ki, uşaq futbolunu diqqətdə saxlayım. “QOOL TV” yutub kanalını yaratmaqda məqsədim də istedadlı uşaqları diqqət mərkəzində saxlamaq idi. İstəməmişəm ki, məndən sonra istedadlı uşaqlar diqqətdən kənarda qalsınlar. O uşaqların problemini elə öz problemim kimi bilirəm. Kanalıma maraq günü gündən artır. Bunu kanala abunə olanların və videolarıma baxış sayının artmasından da görmək olur. Yarışlara gedəndə valideynlər özləri mənə yaxınlaşır, təşəkkürlərini bildirirlər. Mənim üçün çox xoş hisslərdi. Xüsusən də uşaqların sevgisini hiss edəndə xoşbəxt oluram. Bu hissləri sözlə ifadə etmək çətindi. Qış fasiləsində uşaqlar üçün darıxırdım. Həftəsonları düşünürdüm ki, nəsə çatmır. Yenidən yarışlar başlayıb, mən də işimə davam edirəm.

- Apardığınız çəkilişlər zamanı hansı çətinliklərlə qarşılaşırsız? Bu çətinliklərin öhdəsindən gəlməkdə sizin köməyinizə kimlər çatır?
- Mən oyunları telefonla çəkirəm. Hiss edirəm ki, bəziləri bunu qeyri-ciddi qarşılayır. Xüsusən də U-14 liqasından yuxarı yaş qruplarında belədi. Özüm də ətrafımda peşəkar kameraları görəndə ruh düşkünlüyü yaşayıram. Amma son zamanlar çalışıram ki, buna fikir verməyim. Çünki uşaq futboluyla bağlı planlarım böyükdü. Kanalım həvəskar statusludu, ona görə də stadionlara girməkdə çətinlik yaşayırdım. AFFA nümayəndələri məni sorğu-suala tuturdu, çəkiliş üçün icazəmin olub-olmaması ilə maraqlanırdılar. Mənim nəinki icazəm, heç jurnalist vəsiqəm də yoxdu. Buna görə də AFFA-ya müraciət etdim, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili departamentinin rəhbəri Yusif Vəliyevlə telefonla danışdıq. Mənim təşəbbüsümü çox xoş qarşıladı. Vəliyev bildirdi ki, çəkilişlərimi izləyirlər, mənim işimi yüksək qiymətləndirir. Yaxın günlərdə mənə stadionlarda çəkiliş etməyim üçün lisenziya təqdim ediləcək. Bu da mənim üçün böyük dəstəkdi.

Heydər Əliyev: “Bu halı görəndə özüm də ruh düşkünlüyü yaşayıram”


- Yeri gəlmişkən, sosial şəbəkələrdə AFFA-ya müraciət etdiyinizi tez-tez görürük. Uşaq futbolu sahəsində çalışmaq istədiyinizi bildirirsiz. Bu müraciətlərinizə hansısa reaksiya gəlibmi? AFFA-ya bu istəklə birbaşa müraciət etmisizmi?
- Bu məqamı doğru vurğuladız. Feysbukda AFFA-ya videomüraciət göndərmişəm. Sağ olsunlar, valideynlər də həmin videomu social şəbəkələrdəki öz hesablarında paylaşıblar. Ümid edirəm ki, AFFA-dan kiminsə qarşısına həmin müraciətim çıxıb. AFFA-nın əməkdaşı Firuz Abdullaya da dəfələrlə mesaj yazmışam, müraciət etmişəm. Təəssüflər olsun ki, bu müraciətlərimə cavab gəlməyib. İnanıram ki, tezliklə mesajlarıma cavab alacam və öz arzuma çatacam. Uşaq futbolu sahəsində çalışmaq mənim çoxdankı arzumdu. Ümidimi itirmirəm.

- Uşaq liqalarını, komandaları yetərincə müşahidə etmisiz. Hazırkı uşaqların səviyyəsi, onların futbola marağı necədi? Şəxsən sizi Azərbaycan futbolunun hazırkı səviyyəsi qane edirmi?
- Uşaqların səviyyəsindən razıyam, səmimi sözümdü. Onların arasında istedadlı olanların sayı çoxdu. Baxsaz, deməzsiz ki, bu uşağın 10-11 yaşı var. Həmin uşaqların adını bir-bir çəkmək istəməzdim. Hamısı mənim üçün əzizdi. Kanalım həvəskar statuslu olsa da, uşaqlara peşəkar yanaşmağa çalışıram. Uşaqlara deyirəm ki, mən sizə azarkeşlik etmirəm, rəqibinizə də, sizə də eyni gözlə baxıram. Futbolumuzun hazırkı vəziyyətinin məni qane etdiyini desəm, yalan söyləmiş olaram. Azərbaycan premier-liqasında cəmi səkkiz komanda iştirak edir. Bu komandaların da altısı paytaxtın təmsilçisidi. Komanda sayı azdı, indiki uşaqlar sabah böyüyəndə oynamağa komanda tapmayacaqlar. Elə bu səbəbdən də əksər uşaqlar erkən yaşlarında futboldan uzaqlaşırlar. Bəzi məşqçilərdə də problem var. Onlar futbolu uşaqlara lazımı qədər sevdirə bilmirlər. İstəməzdim ki, uşaqlar diqqətdən kənar qalsınlar. Uşaqların çəkdiyi əziyyət boşa getməməlidi. “Turan”, “Xəzər Lənkəran”, “Araz Naxçıvan”, “Kəpəz”, “Şahdağ” kimi bölgə klubları çempionata gəlməlidilər. Belədə uşaqlar üçün də oynamaq imkanı daha da artacaq. Azərbaycan futbol yoxdu fikri səhvdi. Uşaqlar var, onları üzə çıxarmaq məşqçilərin, klubların üzərinə düşür.



- Siz uşaqların valideynlərinin məşqçilərin işinə müdaxiləsiylə rastlaşmısızmı?
- Hansı uşaq məşqçisindən soruşsaz, bu məqamdan şikayətlənər. Bütün valideynlərə aid etmək istəmirəm. Bəzilər sakitcə azarkeşlik edir. Valideynləri də qınamaq olmaz. Hər kəs üçün onun övladı şirindi, istedadlıdı. Fikirləşirlər ki, onun övladı oynamağa layiqdi, yaxud da həmin uşaq mütləq hücumçu olmalı, qol vurmalıdı. Bəzən kimlərsə öz hisslərinə yenik düşür. U-12, U-13 liqalarında yan xətt hakimi olmur. Bir hakim bütün meydana nəzarət edə bilməz. Buna görə də bəzən səhv qərarlar olur. Həmin səhvlər də tribunaya, meydanın ətrafına yığışan valideynləri özündən çıxarır. Qəzəbli valideynlər xoş olmayan sözlər işlədir. Bunlar da xoş deyil. Ümid edirəm ki, bütün bu problemlər zamanla aradan qalxacaq. Bəzən valideynlər mənə maddi kömək təklif edirlər ki, hansısa oyunu çəkim. Mənim kanalım ödənişsizdi, özüm də hansısa maddi qazanc güdmürəm. Mesaj yazıb soruşurlar ki, oyunu neçəyə çəkirsizsə, danışaq. Onlara cavab verirəm ki, mən başqa sahədə çalışıram. Çəkiliş üçün hansısa ödənişə ehtiyac yoxdu. Həftəsonları çatdırdığım oyunlara baş çəkirəm.

- Heydər bəy, bizim uşaq futbolunun başqa hansı problemləri sizi narahat edir? Onların həlli yollarını siz necə görürsüz?
- U-10 liqasında U-13-ə qədər oyunlar Hövsanda keçirilir. Yolun uzaqlığı uşaqlara da, valideynlərə də problem yaradır. Elə komanda var ki, onların avtobusu yoxdu, uşaqlar çempionat oyununa valideynlərin maşınlarında gəlirlər. Bir dəfə məşqçilərdən birinə dedim ki, sizin oyuna komandanın avtobusunda gedim. Məşqçi bildirdi ki, özümüz valideynlərin maşınında gedirik. U-14 liqasının oyunları “Dalğa Arena”nın 2-ci meydançasında keçirilir. Eyni yol problem orda da özünü göstərir. Meydança heç də yararlı deyil. Uşaqlar qumun içində oynayır, tozla nəfəs alırlar. Heç kimin işinə müdaxilə etmək istəmirəm. Azyaşlılar özləri mənə yaxınlaşır, xahiş edirlər ki, diqqət yetirim. Bu hala ürəyim ağrayır. Bəzən uşaqlar uduzanda elə məyus olurlar ki, mənim də gözlərim dolur. Nəticə uşaq komandalarında o qədər vacib olmamalıdı. Hansısa formada buna da əlac tapılmalıdı.

İLKİN SULTANLI

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

6-06-2022, 12:0

Asif Əliyev Bolqarıstan Futbol Federasiyasının baş katibi ilə görüşüb

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Aktual
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
“Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
“Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
“Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
“Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
1-ci liqa təmsilçiləri elitaya yüksəlsə, hansı stadionda oynayacaq?
Son xəbərlər
  • Bu gün, 00:20
    Mahir şans qazanmadı, komandası böyük hesabla uduzdu
  • Dünən, 23:59
    Qapıçı axtarışında olan ''Beşiktaş'' öz qapıçısını da itirə bilər
  • Dünən, 23:34
    "Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
  • Dünən, 23:15
    “Fənərbaxça” 90+8-ci (!) dəqiqədə qələbəni əldən verdi
  • Dünən, 22:39
    “Barselona” inadından dönmür
  • Dünən, 22:03
    “Hörmətlə yanaşın, son dəqiqələr haqda danışmaq istəmirəm” – Vitali Vernidub
  • Dünən, 21:50
    “Ofsayd idisə, ofsayd idi” - Rəşad Sadıqov
  • Dünən, 21:42
    Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
  • Dünən, 21:30
    "Turan Tovuz" qalib gəldi, "Neftçi" Zirədə xal itirdi - YENİLƏNİB
  • Dünən, 21:27
    "Zirə"nin futbolçusu mükafatlandırıldı
  • Dünən, 21:00
    İmran Məhərrəmov Avropa Liqasına təyinat aldı
  • Dünən, 20:38
    "Çox vacib və çətin qələbə qazandıq" - Kurban Berdiyev
  • Dünən, 20:17
    "Tam şəkildə məsuliyyəti üzərimə götürürəm" - Andrey Demçenko
  • Dünən, 19:53
    “Sabah” “Qarabağ”la kubok oyunu üçün 3 min bilet satdı
  • Dünən, 19:14
    "Qarabağ" üçün son şans - Dambrauskas Qurban Qurbanovun işini bitirə biləcəkmi?
  • Dünən, 19:03
    "Zirə" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 18:55
    "Qarşılaşmaya tam hazırıq" - Siyasət Əsgərov
  • Dünən, 18:07
    “DH Volley” voleybol meydançası inşa etdi
  • Dünən, 18:01
    “Barselona” çempionluğa doğru daha bir addım atdı - İCMAL
  • Dünən, 17:14
    Hidayət Heydərov finalda uduzdu - AÇ
  • Dünən, 16:43
    Millimiz Gürcüstana da uduzdu
  • Dünən, 16:23
    Çempionluq artıq MS üçün əlçatmaz deyil - İCMAL
  • Dünən, 15:51
    "Araz-Naxçıvan" - "Turnəan Tovuz": START HEYƏTLƏRİ
  • Dünən, 15:20
    “Bavariya” 54 illik rekordu sona 5 tur qalmış yenilədi! - İCMAL
  • Dünən, 14:59
    “Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
  • Dünən, 14:43
    Hidayət Heydərov 6-cı dəfə Avropa çempionatının finalında
  • Dünən, 14:33
    “Heyət, infrastruktur cəhətdən bu komanda 11-ci olmağa layiq deyil”
  • Dünən, 14:08
    “Dinamo” da xal itirdi, “Şaxtyor” da - İCMAL
  • Dünən, 13:43
    Lənkəranda UEFA C kursu keçirildi
  • Dünən, 13:25
    “Məşq etmirik, oyundan-oyuna yığışırıq” - autsayderə uduzan baş məşqçidən açıqlama
  • Dünən, 13:10
    “Qarabağ”la oyuna hazırlaşan “Sabah”da ciddi itki
  • Dünən, 12:57
    Hidayət Heydərov yarımfinalda - AÇ
  • Dünən, 12:29
    "Qarabağ" azarkeşlərə müraciət etdi
  • Dünən, 11:58
    Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
  • Dünən, 11:39
    AFFA-da növbəti seminar
Daha çox
Oxunub: 220
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 142
“Kəpəz” – “Neftçi” oyunu Gəncə şəhər stadionunda... – bir azca da döz, gəncəli!
Oxunub: 135
Vernidubun uğuruna kölgə salan Abasov... – YAZI
Oxunub: 129
"Qarabağ"ın "dirəy"i gedir! - Zubirin yeni klubu açıqlandı
Oxunub: 117
Tural Qurbanov da “özünü yandırdı” – səhvsiz FİFA referisi qalmadı...
Oxunub: 113
Qurban Qurbanov təslim oldu… - azarkeşlər bu cür sözlər eşitmək istəmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə