• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Xudafərin” üçün futbolçu hazırlayan məşqçi: “Qaçqın qəsəbəsində meydança düzəltdik, məşqlərə başladıq...” - LAYİHƏ

Layihə / Manşet

20-03-2022, 22:0

“Uşaqlara dedik 5 manatdan yolpulu toplayaq, onu deyəndən sonra bir dolu avtobusdan 3-4 uşaq qaldı”

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir. Növbəti həmsöhbətimiz Yasif Göyüşovdu. Əslən Cəbrayıldan olan Yasif bəy Biləsuvarda məcburi köçkünlər üçün salınan düşərgədə “Xudafərin” adlı klub yaradıb, uşaqlara futbolun sirlərini öyrətməyə başlayıb. Bu işi özünə mənəvi borc bilən futbol mütəxəssisi qaçqın düşərgəsində meydança olmadığına görə uşaqlara torpağın üstündə məşq keçə-keçə beş yaş qrupu üzrə komanda formalaşdırıb. Onunla söhbətə körpü salmaq elə də çətin olmadı.

- Yasif bəy, şəxsi təşəbbüsünüzlə “Xudafərin” futbol klubunu yaratmısız. Sayənizdə Cəbrayıldan olan məcburi köçkünlərin övladları futbolla məşğul olur. İstərdik ki, “Xudafərin” barədə danışasız. Bu komanda necə yarandı? Məşqlərinizi harda keçirsiz?

- “Xudafərin” futbol klubu hələ 1985-ci ildə Cəbrayıl rayonunda yaranıb. Bilirsiz ki, bizim rayonda futbola böyük maraq var. Əvvəlcə klub “Çinar” adı altında fəaliyyət göstərirdi. Sovetlər Birliyi dağılanda “Çinar” adını “Xudafərin”ə dəyişdik. Məlum hadisələrdən sonra isə doğma rayonumuzu tərk etməyə məcbur olduq. Belədə “Xudafərin” də fəaliyyətini dayandırdı. Bir müddət komanda Bakıda uşaq komandası kimi mövcud oldu. Mən özüm İmişlidə Uşaq-Gənclər İdman Məktəbində işləyirdim. 2012-ci ildə hazırda yaşadığımız qəsəbəyə köçdüm. Bundan sonra da məktəbdə idman müəllimi kimi çalışmağa başladım. Futbola böyük marağım, sevgim olduğu üçün Nazim Fətullayevlə birlikdə qərara gəldik ki, komanda yaradaq. Gənclər də bu işdə bizə dəstək olurdular. Əvvəlcə 10 nəfəri bu məşqlərə cəlb etdik. Qəsəbənin ortasında köhnə meydança yeri vardı, məşqlərə orda başladıq. İmişli Uşaq-Gənclər İdman Məktəbindəki iş yoldaşlarımla görüşdüm. Onlar mənə dedilər ki, İmişlidə AFFA-nın bayrağı altında uşaqlar üçün çempionat keçirilir. Hansı sənədlərin lazım olduğunu öyrəndik, sənədləri topladıq, AFFA-ya müraciət etdik. Beləcə 2013-14-cü il mövsümündən üç komandayla çempionata qatıldıq. Komandalarımız U-12, U-13 və U-14 idi. Həmin il komandalarımızdan biri İmişli zonasında 3-cü yer uğrunda mübarizə aparırdı. Növbəti mövsüm tam hazırlaşdıq, U-13 komandamız yaxşı nəticələr göstərdi. Yüksək yer tutduqdan sonra Ağsu komandasıyla qarşılaşdıq, onlara da qalib gəldik. Azərbaycan üzrə U-13 liqasında ən yaxşı 16 komanda sırasına düşdük. Püşk bizə “Qarabağ”ı rəqib etdi. İmişlidəki ilk oyunda “Qarabağ”ı 2:1 məğlub etdik. Öz stadionumuz olmadığı üçün İmişlidə oynayırdıq. Bu da bizə çətinlik yaradırdı, azarkeş dəstəyimiz də azalırdı. Bakıda “Qarabağ”a 1:3 hesabıyla yenildik. Görüşün keçirildiyi “Dalğa Arena” uyğunlaşmamışdıq. Yol yorğunluğu da var idi. Təcrübəsizliyi də qeyd edim. Bütün bunlar məğlubiyyətimizi şərtləndirdi, mükafat qazanmaq şansımızı itirdik.

- Hazırda “Xudafərin”in hansı yaş qrupları üzrə komandaları var və bu komandalar hansı turnirlərdə iştirak edir?

- Pandemiya hər bir sahədə olduğu kimi, bizim də işimizdə ciddi problemlər yaratdı. Bilirsiz ki, 2020-ci ilin martında koronavirus pandemiyasına görə Azərbaycanda futbol çempionatları dayandırıldı. Ona qədər bizim komandalar AFFA-nın müvafiq yaş qrupu üzrə keçirdiyi çempionatlarda Araz zonası üzrə iştirak edirdi. Zonanın yarışları Beyləqanda keçirilirdi. U-12, U-13, U-14 yaş qrupları üzrə komandalarımız var idi. Pandemiyaya görə çempionat dayandırıldı, biz də məşqlərimizi saxladıq. Uşaqlar da məşq etmədikcə futboldan soyuyurlar. İndi yavaş-yavaş normal həyata dönürük. Planlaşdırırıq ki, komandalarımızı bərpa edək, yaydan etibarən məşqlərimiz başlasın. Ondan sonra da AFFA-nın keçirdiyi çempionatda iştirak edərik. Hazırda heç bir turnirə qatılmırıq.

- Region Liqasında çıxış edən “Cəbrayıl” komandasıyla hansısa formada əlaqələriniz varmı? Bu komandanın rəhbəri Cavid Hüseynov sizinlə maraqlanıbmı?

- Bəli, Cavid Hüseynovla bir həmyerli, futbol adamı kimi tanışıq. Ona böyük hörmətimiz var. İndi onların da başları qarışıqdı, yeni komanda yaradırlar. Görüləcək işləri çoxdu. Amma ilkin söhbətlərimiz, müzakirələrimiz olub. Ortaq mövqeyimiz belədi ki, fürsət tapan kimi görüşək və ümumilikdə Cəbrayıl futbolunun inkişafı üçün səylərimizi birləşdirək. Əlimizdən gələn köməyi bir-birimizə göstərərik. Biz də çalışarıq ki, uşaqları yetişdirək, istedadları üzə çıxaraq. Hamımızın istəyi odu ki, Cəbrayıl futbolu inkişaf etsin, tanınsın, rayonumuzun adı yaxşı mənada çəkilsin.

- Cəbrayıl artıq düşmən işğalından azad olunub. İnşallah, o torpaqlara qayıdandan sonra fəaliyyətinizi necə davam etdirməyi düşünürsüz?

- 44 günlük Vətən Müharibəsində ordumuz Ali Baş Komandamızın rəhbərliyi ilə torpaqlarımızı azad etdi. “Xudafərin” futbol klubu adından şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Bəli, inşallah, doğma rayona qayıdandan sonra orda bizim üçün stadion tikiləcək, lazımi infrastruktur yaradılacaq. Biz də daha geniş tərkibdə öz işlərimizi planlaşdırıb, böyük həvəslə bu istiqamətdə çalışarıq. Cəbrayıl futbolunun yetirmələri Azərbaycan futbolunda öz sözlərini deyərlər.

“Xudafərin” üçün futbolçu hazırlayan məşqçi: “Qaçqın qəsəbəsində meydança düzəltdik, məşqlərə başladıq...”


- AFFA-dan sizin kluba hansısa formada dəstək göstərilirmi? Başqa hansısa qurumlardan, yaxud şəxslərdən dəstək alırsızmı?

- AFFA-dan bizə yarışlara getmək üçün yolpulu verilirdi. Amma forma və toplar neçə ildi verilməyib. Komandaların xərcləri təkcə yolpulu ilə yekunlaşmır. Təsəvvür edin, çempionata qatılmaq üçün may ayından məşqlərə başlayırdıq. Bizim məşqlərə qatılanlar hamısı yurd-yuvasından qaçqın düşənlərin övladlarıdı. Onlardan məşq üçün hansısa ödəniş almağı düşünməmişik. Müxtəlif qaçqın düşərgələrindən məşqlərə gəlib-getmək də nəqliyyat xərci tələb edir. Öz imkanlarımız hesabına nəsə etməyə çalışırıq. Mənim bir köhnə maşınım var. Onunla uşaqları məşqlərə gətirib, sonra evlərinə qaytarırdım. Bir müddət avtobus tutduq, hər reysə 12 manat ödəniş edirdik. Həftədə 2-3 məşq olanda da bizim üçün yetərincə böyük məbləğ ortaya çıxırdı. Çünki bu işdə qazancımız yoxdu. Uşaqlara dedik 5 manatdan yolpulu toplayaq, onu deyəndən sonra bir dolu avtobusdan 3-4 uşaq qaldı. Məcbur qaldıq avtobusu ləğv edək. Bütün bu çətinliklərə baxmayaraq, U-13 liqasında final mərhələsinə yüksəldik. Sponsor tapılsaydı, məktəblərin birində belə bir qruplar açardıq. Bizə pul lazım deyil, istəyimiz onları futbola hazırlamaqdı. Onlar da bu vasitəylə asudə vaxtlarını keçirərdi. Təəssüf ki, heç bir formada bizə dəstək göstərən yoxdu.



- Ümumilikdə bizim uşaq futbolunun hansı problemləri sizi narahat edir? Onların həlli yollarını necə görürsüz?

- Ən böyük problemlərimizdən biri meydançamızın olmamasıdı. Çempionata çıxırıq, uşaqlar zədələnir, xəsarət alır. Bunun da məsuliyyəti bizim üzərimizdədi. U-13 liqasına qədər biz məşq keçirik. Bəs sonra bu uşaq hara getməlidi? Onu harasa yollamaq üçün də xərc çəkmək lazımdı. Kənd uşağına xərc çəkməkdənsə paytaxtdakılar öz ətraflarındakı uşaqları komandalarına cəlb edirlər. Yaxşı olardı ki, İmişli zonasında U-14 liqasından yuxarı çempionatlara qatılacaq komandalar formalaşdırılsın. Uşaqlar da seçimlərdən keçib, həmin komandalarda oynasın. Bizim 2008-ci il təvvəllüd uşaqların arasında çox texnikalı futbolçular vardı. Biz 2003-cü il təvəllüdlü uşaqlara “Qarabağ”ı məğlub etmişdik, səfərdə də onlarla başabaş oynamışdıq. Şəraitimiz yoxdu ki, işlərimizi sistemli aparaq. İmişlidən, Füzulidən istedadlı uşaqları komandalarımıza cəlb edə bilmirik. 13 yaşdan sonra məcburiyyətdən dayanırıq. Hansı ki, perspektivli uşaqlar var, onlarla futbola davam etməyə dəyər. Özü də bizim uşaqlar həm dərslərini yaxşı oxuyur, həm də yaxşı futbol oynayırlar. Bizim final mərhələsinə yüksələn U-13 komandamızdan bir futbolçunu paytaxtda bəyənmişdilər, “Qarabağ” onu heyətinə cəlb etmək istəyirdi. Amma onun Bakıda yaşamağa yeri olmadığına görə bu keçid baş tutmadı. Uşaq da rayona qayıtdı, itdi-batdı. Heç olmasa, İmişlidə komanda olsa, uşaqlarımız futbol oynayarlar. Problemlərin həlli yolunu belə bölgə komandaların formalaşdırılmasında, istedadlı uşaqların nəzarətdə saxlalınıb, onlara dəstək verilməsində görürəm.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

3-04-2022, 23:0

“Məşq etmək, futbol oynamaq üçün stadiona kilometrlərlə yolu piyada gedirdim” – LAYİHƏ

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Bu gün, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Bu gün, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Bu gün, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Bu gün, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Bu gün, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Bu gün, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Bu gün, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Bu gün, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 137
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə