• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Premyer-liqada 2023/24 mövsümünün güzgüsü bulanıqdı - TƏHLİL

Premyer-liqa / Manşet

11-06-2024, 11:0

Misli premyer-liqasında 2023/24 mövsümü başa çatdı.

Geridə qoyduğumuz mövsümdə 10 klubun hər biri müəyyən məqamlarla yadda qalmağı bacardı. Sonda kimi hədəfə çatmağın zövqünü yaşadısa, kimi də azarkeşlərini məyus etdi. Əlbəttə, elitamız istənilən səviyyədə olmadığından birincilərin siyahısı ikincilər qədər geniş deyil. Lakin bu gün keçmişə boylanmağa və klublarımızın “futbol ili”nə necə başlayıb, necə bitirdiyinə nəzər salmağa dəyər.

“Qarabağ” taxt-tacın yeganə sahibidi
Bəli, bu dəfə də “Qarabağ”ın hegemonluğuna son qoyan tapılmadı. İlk turda “Zirə”yə məğlub olan ağdamlılar mövsümü həmin rəqibi ölkə kubokunun finalında məğlub etməklə qapadı. Qurban Qurban Qurbanovun komandası “futbol ili”nin ilk beş turunda cəmi iki qələbə qazandığından azarkeşlərin narahatlığına səbəb olmuşdu. Lakin tezliklə toparlanan “köhlən atlar” nəinki ölkə daxilində uğurları sıraladı, tarixində ilk dəfə Avropa Liqasının 1/8 finalında çıxış etdi. İyunun 2-də ölkə kubokunu başı üzərinə qaldıran klub yarandığı gündən bəri ən yaxşı mövsümünü keçirdi. İndiyəqədərki ən erkən çempionluğunu əldə edən və altıncı dəfə “qızıl dubl”a imza atan “Qarabağ” ölkəmizi yenə Çempionlar Liqasında təmsil edəcək.

“Qartallar” bu dəfə yüksəkdən “qanad çaldı”
“Zirə” premyer-liqa tarixinin ən uğurlu başlanğıcıyla yadda qaldı. İlk dörd matçın hamısından qalib ayrılan “qartallar” əksəriyyəti təəccübləndirmişdi. Bir müddət turnir cədvəlinin lideri olan komanda müəyyən xal itkilərindən sonra mövsümün sonunadək zirvəyə həsrət qaldı. Amma bu məqam kollektivi ruhdan salmadı. Həm ölkə kubokunda, həm də premyer-liqada sabit nəticə göstərməyin sirrini tapan “Zirə” tarixi uğur qazandı. Halbuki çoxu “qartallar”ın şanslarını dəyərləndirərkən belə uğurların qazanılacağını ağla belə gətirmirdi. Təbii ki, belə düşüncələrin səbəbi mövsümün əvvəlindən bəri göstərilən oyun tərzi idi. Lakin son həftələrdə hücum cəhdlərində nümayiş etdirilən tutarlılıq və məhsuldarlıq fikirlərin müsbət yöndə dəyişməsinə səbəb oldu. Beləliklə, komanda tarixində 2-ci dəfə Avropa Liqasında çıxış edəcək, ölkə kubokunda və elitada da ikincidi.

“Sabah” vaxtında çarə tapdı
Masazır təmsilçisi 2022/23 “futbol ili”ndə əldə etdiyi nəticələrlə azarkeşlərin könlünü fəth etmişdi. Ötən mövsüm başlamadan əvvəl əsas favoritlərdən sayılan “bayquşlar” çox keçmədən hər kəsi yanıltdı. İlk turda “Qəbələ” üzərində parlaq qələbə qazanan komanda növbəti 8 matçda qalib gələ bilmədi. Əlbəttə, hadisələrin axarı tərəfdarları xeyli narahat edirdi. Yüksəliş dövrünə 19-cu turda qədəm qoyan kollektiv çətin də olsa, Konfrans Liqasında iştirak hüququna yiyələndi. Murad Musayevlə vidalaşan “Sabah” Krunoslav Renduliçin gəlişiylə xeyli dirçəldi. Bundan sonra “Qarabağ”, “Sumqayıt” və “Neftçi” kimi iddialıları məğlub edərək yenidən tərəfdarlarının qəlbini “oğurladı”. Mövsümü “tələbələr” üçün uğurlu saymalıyıq. Lakin büdcəsinə və zəngin heyətinə görə çoxunu qabaqlayan komandanın gözləntiləri tam qarşıladığını demək doğru olmaz. Çünki mövsümü ilk “4-lük”də bitirərək premyer-liqadakı günahını “yuyan” “Sabah” ölkə kubokunda mübarizəni biabırçı şəkildə dayandırdı.

“Kimyaçılar” formulu tapdı
Samir Abasovun rəhbərlik etdiyi komanda sabit nəticələr qazananlar sırasında qərarlaşdı. Ölkə kubokunda mübarizədən “çəkilən”, həm ev, həm də səfər oyunlarında əzmkar çıxışla yadda qalan komanda məqsədə çatmaqda ciddi çətinliklə üzləşmədi. Mehdi Hüseynzadə adına şəhər stadionunun istifadəyə verilməsi, azarkeşlərin həlledici qarşılaşmalarda tribunalara axını, həmçinin baş məşqçi - komanda vəhdəti “kimyaçılar”ı Avropaya daşıdı. Düzdü, ötən “futbol ili”ni 7-ci sırada, “Turan Tovuz”dan 8 xal geridə bitirən, büdcəsinə görə xeyli rəqibə aşağıdan yuxarı baxan kollektivin bu dəfə belə uğura imza atacağını düşünənlər az idi. Lakin “Sumqayıt” mövsüm ərzində, demək olar ki, eniş yaşamadan irəlilədiyindən son turlarda çoxu “gənclik şəhəri”nin təmsilçisini ilk “dördlüy”ə əsas namizədlərindən biri kimi qələmə verirdi.

“Neftçi” üçün nə yaxşı oldu, nə də kafi...
Hazırda gündəmin ən çox “çeynənən” mövzusu “Neftçi”di. Çünki “ağ-qaralar” mövsümə həm rəhbərlik, həm də komanda ilə bağlı ciddi islahalatlardan sonra start verməklə yanaşı, çempion iddiasıyla başlamışdı. Adrian Mutunun Miodraq Bojoviçlə əvəzlənməsindən sonra 2-ci pillə və ölkə kuboku hədəfi elan olundu. Hadisələrin axarı kubokun 1/4 finalında “Qarabağ”a biabırçı məğlubiyyətlə müşayiət olundu. Gümüş medal şansını sonuncu tura qədər qoruyan komanda evdə “Sabah”a uduzduğu üçün avrokuboklara yollana bilmədi. Qısası, büdcə və azarkeş üstünlüyü olan komanda rəhbərlik və futbolçu keyfiyyətinə görə vəzifəsinin öhdəsindən gələ bilmədi. Bakı təmsilçisi tərəfdarlarının, xüsusilə “Forza Neftçi”nin boykotuyla üzləşdisə, əzəli rəqibi “Qarabağ”ın qapazaltısı oldu. Bu baxımdan Azərbaycan derbisinin nüfuzuna da ciddi ziyan dəydi. Ümumiyyətlə, “Neftçi” son illərin fiaskosuna müəlliflik etdi. Nəticədə futbol ictimaiyyətinin əksəriyyəti yanıldısa, klubun taleyiylə bağlı növbəti addımlar maraq mövzusu oldu. Axı “ağ-qaralar”ın ildən-ilə gerilədiyi göz qabağındadı.

“Bozqurd” Avropaya “diş batıra” bilmədi
Sərlövhə hansısa uğursuzluqlara işarə edə bilər. Lakin “Turan Tovuz”un qənaətbəşx mövsüm keçirdiyini deyə bilərik. Məhz avrokuboklar uğrunda mübarizəni ön plana çıxarmağımızın səbəbi isə komandanın vaxtilə yetərincə şanslı olmasıdı. Ayxan Abbasovun sabiq kollektivinə mane olan əsas səbəb qeyri-sabit nəticələrdi. “Bozqurd” enişli-yoxuşlu yollardan keçdikdən sonra 6-cı pillə ilə “doymalı” oldu. Bunu mövcud şəraitdə maksimum qazanc saymaq mümkündü? Dərinliyə getsək, bəli. Xatırlayırsızsa, “Turan Tovuz” həlledici matçlarından birini “doğma divarlar” arasında keçirsə də, “Sumqayıt”a böyükhesabla uduzdu - 1:4. İş orasındadı ki, kollektivin son turlardakı rəqibləri “Qarabağ”, “Zirə” və “Neftçi” kimi güclülər idi. Belədə ilk “dördlük” üçün çox ciddi qüvvə lazım gəlirdi ki, “bozqurd”un heyəti mövsüm ərzində bu yöndə müsbət siqnalla yadda qalmamışdı. Qısası, “Turan Tovuz” ötən”futbol ili”nə görə sıra baxımından yerində saysa da, ümumi durum irəliləyişdən xəbər verir.

“Dənizçilər”in gəmisi qayaya çırpıldı
“Səbail” 2022/23 mövsümündəki kimi premyer-liqada qalmaq uğrunda mübarizə aparmadı. Əksinə, daha yaxşı oyun tərziylə seçilənlərdən oldu, qaneedici nəticələr qazandı. Lakin futbolun dəyişməz qaydası yerindədi: avrokuboklara vəsiqə qazanmadınsa, 9-cu və ya 6-cı olmaq arasında ciddi fərq yoxdu. Mövzunun maraqlı tərəfi “dənizçilər”in hədəfinin məhz 6-cı pillə olmasıydı. Şahin Diniyevin komandası bunu bacarmadı. “Futbol ili”nin birinci yarısında iddialılar sırasında adı çəkilən kollektiv sonradan “yolunu azdı”. Tez-tez qələbəsizlik seriyasıyla üzləşdisə, zədəlilərin və cəzalıların çoxluğu da ruh düşkünlüyü yaratdı. Öldürücü zərbəni 32-ci turda səfərdə “Sabah”a məğlub olmaqla alan “dənizçilər” (2:0) mövsümün sonuna qədər bir xal belə qazana bilmədi. Beləliklə, 7-ci yer qaçılmaz oldu. “Səbail”in kubok macərası da ürəkaçan deyil. Kollektiv aşağı liqa klublarını əzsə də, premyer-lıiqa təmsilçisi olan ilk rəqibə - “Zirə”yə güc gələ bilmədiyindən 1/4 finalda dayandı. Ümumiyyətlə, komandanın gözləntiləri qarşılamadığını deyə bilərik. Görünən odu ki, klub rəhbərliyi də belə düşünür.

Debütant qışı yaz, yazı qış kimi keçirdi
“Araz-Naxçıvan” 8 ildən sonra yenidən premyer-liqada çıxış edən komandalar sırasındadı. “Qırmızı-ağlar” ilk 11 turda futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirdi. Lakin qış fasiləsi ərəfəsində yaşanan büdrəmələr mövsümün ikinci yarısına yansıdı. Azər Bağırovun “qara zolağ”a düşən kollektivi xilas etmək səyləri fayda vermədisə, onu əvəzləyən Elmar Baxşıyev də xeyli çətinliklə üzləşdi. Belədə avrokuboklar iddiasıyla yola çıxan kollektiv mövsümü autsayderlər siyahısında, daha dəqiqi, 8-ci pillədə tamamladı. Muxtar Respublikanı təmsil edən komanda ev oyunlarını Bakıda keçirdiyindən ən az azarkeş kütləsinə sahib klub statusunu daşıyır. Çox güman, belə hal növbəti “futbol ili”ndə də müşahidə ediləcək. “Araz-Naxçıvan”ın ölkə kubokundakı çıxışı da təqdirəlayiq olmadı. “Qəbələ”nin qəzəbinə düçar olan “qırmızı-ağlar” 1/4 finalda mübarizəni dayandırdı. Buna baxmayaraq, komandanın ümumi nəticələrini qənaətbəxş saymaq olar. Necə deyərlər, “ilk cəhdin günahı olmaz”.

“Kəpəz” və ya ölüm-dirim mübarizəsinin qalibi
Gəncə təmsilçisi mövsümə “doğma divarlar” arasında “Neftçi”ni məğlub etməklə başladı. Əzəli rəqib üzərində qazanılan qələbə komanda və Tərlan Əhmədovu əvəzləyən yeni baş məşqçi Azər Məmmədov ilə bağlı ümid vermişdi. Amma gözləntilər nəinki özünü doğrultmadı, “sarı-göylər” sürətlə xaosa sürətləndi. Növbəti turdan başlayaraq ardıcıl 12 matçda qələbəyə həsrət qalan komanda Azər Məmmədovun istefasından sonra toparlandı. Adil Şükürovun təyinatı “Kəpəz”in yeni dönəminin başlanğıcı oldu desək, yanılmarıq. Düzdü, komanda mütəxəssisin rəhbərliyi atlında xarüqələr yaratmadı. Lakin qazanılan bir xallar və qələbələrin intensivliyi gəncəlilərin premyer-liqada qalmaq üçün bəs edəcək qədər xal toplamasıyla nəticələndi. Təbii ki, burda Gəncə şəhər stadionunun yenidən inşası üzündən komandanın sərgərdan həyat yaşadığını vurğulamalıyıq. Ev oyunlarını keçirmək üçün Qəbələ və Tovuza üz tutan “sarı-göylər” Tofiq Bəhramov adına Respublika stadionuna qədər “gəzdi”. N qədər problem fonunda maliyyə dayaqlarının olmadığını da nəzərə alsaq, “Kəpəz”in hər şeyə rəğmən, uğurlu mövsüm keçirdiyini deməyə yetərincə əsasımız var. Bu üzdən kollektivin kubokun 1/16 finalında mübarizəni dayandırmasını bağışlaya bilərikmi? Bəlkə də hə, amma rəhbərliyin mövsümə yanlış baş məşqçi seçimiylə başladığını gözardı etmədən...

“Qırmızı-qaralar” azarkeşlərinin qanını qaraltdı
Bilindiyi kimi, geridə qoyduğumuz mövsümdə premyer-liqanı tərk edən komanda “Qəbələ” oldu. Bəli, ölkə miqyasında ən yaxşı infrastruktura malik klub artıq aşağı dəstədədi. Sən demə, hələ “futbol ili”nin əvvəlində uğursuzluğun ilk toxumları səpilirmiş. Bölgə təmsilçisi ilk 10 turda cəmi iki qələbə qazanaraq rəqiblərindən xeyli geridə qaldı. Problemlərin geridə qalacağını və kollektivinə güvəndiyini bildirən sabiq baş məşqçi Elmar Baxşıyev nə özü çarə qıla bildi, nə də futbolçulardan müsbət yöndə irəliləyiş gördük. Halbuki 2022/23 mövsümündə premyer-liqanı 4-cü pillədə bitirən, ölkə kubokunu başı üzərində qaldıran “qırmızı-qaralar”dan bu dəfə daha böyük uğur gözlənilirdi. Düzdü, kollektiv ötən “futbol ili”ndə kubok uğrunda mübarizə yarımfinala qədər irəlilədi. Lakin ümumi durumdan xəbərdar olan hər kəs yolun sonunda ciddi uğurun qazanılacağına şübhə ilə yanaşırdı. Hər halda, Baxşıyevi əvəz edən Kaxaber Sxadadze də gözləntiləri qarşılamadı. Belədə ümidlərin tükənməsindən və “Kəpəz”in yüksəlişli fonunda gələcəyi proqnozlaşdırmaqdan asan nə var idi ki!?
Beləliklə, mövsümün baxımlı oyunlarla zəngin və ciddi rəqabət şəraitində keçdiyini deyə bilərik. “Qarabağ”ın istisnasız favoritliyinin və “Qəbələ”nin aşkar autsayderliyinin son turlarda aradan qalxması isə matçlara rəng qatdı. Xülasə, bizi növbəti “futbol ili”ndə nələrin gözlədiyinə şahidlik etmək üçün səbirli olmaqda fayda var.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

19-05-2023, 14:0

“Qarabağ”ın yeganə rəqibi “Sabah” idi - TƏHLİL

Premyer-liqa

3-10-2022, 11:0

"Qarabağ" ardıcıl 5-ci dəfə "Neftçi"ni məğlub edərək rekord təzələdi

Ölkə futbolu

13-05-2024, 11:0

"Qarabağ" premyer-liqada rekordunu təkrarladı

Premyer-liqa / Manşet

1-05-2024, 23:0

“Qarabağ”ın uğursuzluğunun iki səbəbi var

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Dünən, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Dünən, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Dünən, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Dünən, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Dünən, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Dünən, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Dünən, 12:03
    48 milli komanda, 48 fakt
  • Dünən, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Dünən, 11:24
    Milli komandada yeni müqavilə
  • Dünən, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Dünən, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Dünən, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Dünən, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Dünən, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 251
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 245
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 243
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə