"Qarabağ" Misli premyer-liqasında rekordunu təkrarlayıb.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi buna 34-cü turda "Zirə"ni səfərdə 1:0 hesabı ilə məğlub etməklə nail olub.
"Köhlən atlar" çempionatda 2023/24 mövsümündə 91-ci qolunu vurub. Ölkə çempionu bununla da tarixinin rekordunu təkrarlayıb.
Ağdamlılar 2022/23 mövsümündə 91 dəfə fərqləniblər. Həmin göstəricini təkrarlayan “Qarabağ” qarşıdakı iki turda rekordunu yeniləmək imkanına malikdir.
Qeyd edək ki, çempion son iki turda “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.