• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kadidən bizdə yoxdu...

Ölkə futbolu / Yazarlar

18-01-2023, 23:0

Kimi Kadini qınayır, kimi də “Qarabağ”ı. “Krasnodar”a keçən braziliyalı futbolçunun sosial şəbəkələr vasitəsiylə etdiyi vida paylaşımından sonra beyinlərdə yeni suallar yaranıb.

Bu sualların səbəbi odu ki, Kadi vida mesajının sonunda bir gün hər şeyi izah edəcəyini, nəyin baş verdiyini danışacağını qeyd edib. Şəxsən mənim üçün onun nəyi izah edəcəyi, nə danışacağı maraqlı deyil. Hər gün hansısa futbolçu klubunu tərk edir, başqa komandaya keçir. Düşünün ki, onların hər birinin keçidinin müəyyən səbəbləri olur. Kimisini keçmiş klubunda aldığı maaş qane etmir, başqa birinin çalışdırıcı və ya komanda yoldaşları ilə problemi olur. Kimisi də pulu bir kənara qoyur, daha nüfuzlu çempionatda oynamaq həvəsi ilə arzularının arxasınca gedir, bəxtini yeni klubda sınamaq fikrinə düşür. Necə deyərlər, hər kəsin öz seçimi var. Durub hamıdan sədaqət gözləmək, Totti kimi karyerasını yalnız bir kluba, onun “rənglərinə bağlamasını” istəmək məntiqli deyil. Xüsusən də əcnəbi futbolçuların.

Azərbaycan klublarının Avropadakı nüfuzu, bizim premyer-liqanın reytinqi hamımıza məlumdu. Durub özümüzü aldatmaqla deyil. Az-çox “Qarabağ” “Biləcəridən o tayda” tanınır, onun adını eşidənlər hansısa məlumata sahib olduqlarını deyirlər. Bəlkə də az-çox “Neftçi”nin keçmiş SSRİ məkanında tanınmasına ümid edə bilərik. Vəssalam. “Qarabağ”dan başqa hansı klubumuz Avropada boy göstərib, avrokubokların qrup mərhələsində diqqətləri üzərinə çəkməyi bacarır ki?! Əlbəttə, heç biri. “Köhlən atlar”ın zəfər yürüşü olmasa, azərbaycanlı azarkeşlər üçün avrokubok macərası elə başlayan kimi bitər, ölkəmizdə uzağı avqustun sonuna qədər qitəmiqayslı oyunlar keçirilər. Ondan sonra da televizor önündə yerimizi rahatlayıb, Çempionlar Liqasında, Avropa Liqasında ürək qızdırdığımız əcnəbi klubların oyunlarına baxmağa başlayarıq. Bəxt üzümüzə gülsə, Türkiyənin hansısa təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə yüksəlsə, ürəyimiz də onunla təskinlik tapar.

Bəli, yaxşı ki, “Qarabağ” var. Bunu son illərdə tez-tez deyirik. Məhz Qurban Qurbanovun yetirmələrinin sayəsində Avropanın tanınmış klubları yolunu Bakıdan salır, bizim stadionlarda da yüksək səviyyəli avrokubok oyunları keçirilir, azarkeşlərimiz də “gözünün qurdunu öldürmək” şansı qazanır. Amma bir acı həqiqət də var ki, onu da heç vaxt unutmamalıyıq. Atalarımız “bir güllə bahar olmaz” deyiblər. Təkcə “Qarabağ”ın uğurları, avrokuboklarda və qrup mərhələsindəki daimi çıxışı ilə Azərbaycan çempionatının marka dəyərini yüksəltmək, futbolumuzu “köhnə qitə”yə tanıtdırmaq mümkünsüzdü. İndi internet əsridi. İstənilən əcnəbi futbolçu və ya azarkeş asanlıqla Misli premyer-liqasının oyunlarından video və ya fotogörüntüyə baxa, qarşılaşmaların boş tribunalar önündə keçirildiyini görə bilər. Tək-tük oyunlarda tribunaların qismən dolu olması ilə özümüzü aldatmayaq. Heç “Turan Tovuz”un doğma meydandakı matçları zamanı tribunalarda qələbəliyin yaşanması da ciddi fakt deyil. Avropalılar belə qələbəlikdən çox görüb. Elə Gəncə şəhər stadionunun qəzalı tribunalarına bir dəfə baxmaq kifayət edər ki, bizim çempionatın imici yerlə bir olsun.

Zövqlər, fikirlər fərqlidi. Razıyam ki, belə acınacaqlı görüntüyə rəğmən, əcnəbilər arasında Misli premyer-liqasına maraq göstərən, bizim çempionatda oynamaq istəyən futbolçular tapılır. “Kəpəz”in, “Səbail”in, “Turan Tovuz”un, “Sumqayıt”ın heyətində o qədər legioner var ki, onları saymaqla bitirə bilməzsən. Amma həmin legionerlərin meydanda sərgilədiyi oyuna da baxmaq lazımdı. Onların mütləq əksəriyyəti yerli futbolçulardan nəinki fərqlənir, hətta səviyyəcə geri qalırlar. Sözümə qüvvət vermək üçün turnir cədvəlində iki dövrədən sonra yaranan vəziyyəti bir daha diqqətinizə çatdırım. Heyəti bütünlüklə sözün əsl mənasında yerli futbolçulardan qurulan “Şamaxı” 13 xalla 7-ci sıradadı. Lakin əcnəbilərə sevə-sevə qucaq açan “Sumqayıt”, “Kəpəz” və “Səbail” geri qalır. Bu faktın özü belə yetərlidi ki, Azərbaycana gələn legionerlərin səviyyəsi barədə mühakimə yürüdək, onlarla yerliləri müqayisə edək.

Sözümün canı odu ki, iddialı klublarımızın yaxşı əcnəbi tapa bilməməsi, daha doğrusu, həmin əcnəbilərin Azərbaycana gəlmək istəməməsi ciddi problemdi. Belə davranışın da ciddi səbəbləri var. Zaman-zaman Dino Ndlovu, Kadi Borges, İbrahim Şehiç kimi yaxşı futbolçular Azərbaycanın yolunu tutur, bizim çempionatda oynamağa razılıq verir. Amma onlar da ilk fürsətdə ölkəmizi tərk edir, daha yaxşı çempionatlarda daha çox pul qazanmağa gedirlər. Yazının əvvəlində qeyd etdiyim kimi, buna görə onları qınamağa dəyməz. Fakt odu ki, Kadi gedişiylə “Qarabağ”a 5 milyon avro qazandırıb. Lap elə “Qarabağ” bu puldan vaz keçsəydi belə, onu burda saxlamaq heç də asan olmayacaqdı. Odu ki, belə məşğuliyyətlərlə, klubu və futbolçunu qınamaqla özümüzü yormayaq. Düşünək, görək bizdə niyə Kadi kimi futbolçu yoxdu, nədən belələrini özümüz yetişdirə bilmirik?!

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

16-01-2023, 10:0

Kadi "Qarabağ"la vidalaşdı, müəmmalı fikirlər səsləndirdi

Premyer-liqa / Manşet

27-12-2022, 12:0

"Qarabağ" Kadini satmır

Ölkə futbolu / Dünya futbolu

14-01-2023, 19:0

"Krasnodar" Kadini rəsmən təqdim etdi

Premyer-liqa / Manşet

18-01-2023, 21:0

“Qarabağ”ın Kadi ilə problemi yoxdu

Ölkə futbolu / Yazarlar

9-01-2023, 18:0

Fundukyanla Spertsyanın yanına...

Premyer-liqa / Manşet

5-01-2023, 13:0

“Qarabağ” Kadinin müqaviləsinə niyə “5 milyon avroya azad agent olacaq” bəndini salıb?

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Dünən, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Dünən, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Dünən, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Dünən, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Dünən, 10:00
    İtaliyada komandasını dəyişdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 122
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə