• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İspaniyada niyə bu qədər çox “Real” var? - YAZI

Dünya futbolu

15-04-2022, 19:0

Düz 23!

Ehtiyat komandaları nəzərə almasaq, İspaniyanın ilk 5 divizionunda məhz bu qədər “Real” oynayır. Altısı La Liqanın payına düşür: “Madrid”, “Sosyedad”, “Betis”, “Selta”, “Espanyol” və “Malyorka”. Dördü Sequndada çıxış edir: “Valyadolid”, “Ovyedo”, “Saraqosa”, “Sportinq”. Daha aşağı dəstələrdə də məşhurlar var: “Deportivo” (bəli-bəli, əfsanəvi La-Korunya komandası, indi 3-cü diviziondadı), “Rasinq”, “Rekreativo”.

Bütün bu klublar futbolla monarxiyanın əlaqələri sayəsində yaranıb.

İlk “Real” Madriddən deyil

XX əsrin əvvəlində futbol İspaniyada sürətlə populyarlıq qazanmağa başladı. Təbii ki, uzun müddət konkret reqlament ilə oynanılmırdı, adamların gözündə daha çox əyləncə vasitəsi idi. 1886-cı ildə dünyaya gələn və 1931-ci ildə İkinci İspaniya Respublikası elan olunana qədər hakimiyyətdə olan İspaniya kralı XIII Alfonso bu məqamın fərqinə vardı. Qarşılıqlı faydalı sövdələşmə alındı. Yalnız peşəkar icma formalaşdırmaqla klublar ən azı formal səviyyədə statuslarının təsdiqinə can atırdılar. Kral klubu (“Real”ın mənası elə budu) statusu əməlli-başlı tələbat doğurdu. 1907-ci ildə “Deportivo” ilk “Real” oldu. 1910-cu ildə “Sosyedad” da bu adı üzərinə götürdü. Klubun tarixini yazan İnyaki Mendosa kralla sövdələşmənin detallarını açıqlayır:

“Klubun direktoru Alfonsoya müraciət etdi. Bu nüfuz məsələsi idi. Xahişin qeyri-formal motivasiyası bu idi ki, kral ailəsi hər yay komandanın məskən saldığı San-Sebastyanda dincəlirdi. Çox tez razılıq aldıq. Sorğu göndərdikdən 5 ay sonra komandanın adının “Sosyedad Futbol Cəmiyyəti”ndən “Real Sosyedad”a çevrilməsi ilə bağlı, altında kralın möhürü olan rəsmi sənəd aldıq”.


“Espanyol” analoji sənədi 1912-ci, “Selta” və “Betis” 1914-cü, “Madrid” 1920-ci ildə aldı. Qarşılığında monarxa klubun fəxri üzvü statusu verildi. Əlbəttə, klub emblemlərindəki tac kralı dilə tutmağın nəticəsidi.

İspaniya Futbol Federasiyası da imkanı əldən vermədi və 1913-cü ildə adına “Kral” ifadəsini də qoşdu. Burda da hər iki tərəf üçün sərfəli bonuslar var idi. Federasiyanın üzvü Pablo Qarsiya Kuervanın izahı: “Kral titulu verdi, federasiya isə dərhal bütün bürokratik prosedurları həll etdi və həmişə komandaların rəsmi adları ilə bağlı dəyişikliklərdə güzəştə getdi”.

Demək olar ki, bütün “Real”lar 1910-20-ci illər aralığında – İspaniyada futbolun formalaşdığı və monarxiya rejiminin hələ yaşadığı dövrdə yaranıb. Sonradan klublar tacı emblemdən götürüb, eləcə də “kral” ifadəsi ilə vidalaşıb. Ancaq burda siyasi məqamlar da var. İspaniyada belə fikirlər mövcuddu ki, Kataloniyanın separatçı ideyalarını bölüşən, siyasi cəhətdən fəal “Barselona” ilə müqayisədə “Real” mərkəzləşmiş dövlət siyasətinin avanqardıdı. Bir başqa toxunulası məqam daxili münaqişələrdi. “İspan futboluna səyahət” kitabının müəllifi, jurnalist Cimmi Bernsin “Al Jazeera” telekanalına dedikləri: “Barselona” azarkeşi olan kataloniyalılar özünü qalan İspaniyadan ayrı sayır. “Real” isə onlara qalan İspaniyanın təmsilçisi kimi görünür. Klubun kral ailəsi ilə tarixi əlaqələri belə yanaşmanı formalaşdırır”.

İspaniyada monarxiya qaldıqca yeni “Real”ların da yaranması təbiidi. Ən yeni nümunə Tenerife adasındakı kiçik Qaraçiko şəhərciyində yaradılan “Deportivo Qara”dı. “Real” ifadəsi ilə bağlı rebrendinq 2012-də həyata keçirilib. Klub prezidenti Pedro Martinesin fikirləri: “Bu böyük qürurdu. Bizi adada tanıyırlar, klubun zəngin tarixi var. İndi Tenerifenin qeyri-peşəkar liqasında iştirak edən komandamız, eləcə də gənclərdən ibarət üç heyətimiz var. Çoxlu sənədlər topladığımız uzun prosesden sonra yüzilliyimizdə bu statusa qovuşduğumuza görə çox şadıq”.

Bəs “Vilyarreal”

1923-cü ildə yaradılan “Vilyarreal” onilliklər boyunca İspaniyanın aşağı divizionlarında yarışıb, Sequndaya ilk dəfə 90-larda qədəm qoyub, 1998/99 mövsümündə, nəhayət, elitada görünüb. Adda “Real”dan heç vaxt söhbət getməyib? “Real Vilyarreal”? Aydın məsələdi ki, komanda şəhərin adını daşıyır. İspaniya keramika sənayesinin paytaxtı sayılan şəhərdə cəmi 50 min adam yaşayır.

Vilyarreal yaşayış məntəqəsi kimi 1274-cü ildə yaranıb. Adın ispan dilindən hərfi tərcüməsi “kral kəndi” deməkdi. Yaşayış məntəqəsinin əsasını bu əraziləri mavrlardan döyüşlə alan Araqon kralı Fateh I Xayme qoyub. Vilyarreal vacib strateji nöqtə idi: Valensiyanın cəmi 65 kilometrliyində yerləşirdi, yaxınlıqda isə üzərinə hücumların davam etdiyi müsəlman qalası Burriana var idi. İlk vaxtlar Vilyarrealı əhatə edən divarları tezliklə demoqrafik artım üzündən sökmək lazım gəldi. Portağal satışı ilə başlayan regional inkişaf sonradan keramika sənayesi ilə bir qədər də gücləndi. Və təbii ki, futbol... Baxın, komanda “Bavariya” kimi nəhəngi devirməklə Çempionlar Liqasının yarımfinalında oynamaq hüququ qazandı.

O da maraqlıdı ki, Vilyarreal İspaniyada tək deyil. Başqa bələdiyyələr də var – məsələn, biri Saraqosanın yanındadı. Məhz bu üzdən “Vilyarreal”ın məskən saldığı Vilyarrealın adına 1939-cu ildə dəqiqləşdirici detallar əlavə olunub: Vilyarreal-de-los-İnfantes.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-04-2022, 20:0

"Real"dan 35-ci La Liqa çempionluğu

Aktual
Masazır yeni çempionun görüşünə gəlmədi! – 750 azarkeş nədi, sən Allah?
“Sabah” və “Zirə” finaldan öncə azarkeşlər üçün məşq edəcək?
“Mövsümün sonunda nə baş verəcəyini bilmirəm” – Kamilo Duran da gedir?
“Şuşa” ilə danışıq olsa da, Nadir Qasımovla olmayacaq” - “Səbail” adını dəyişir?
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Atalar üçdən deyib! “Neftçi” üçün də?
Son xəbərlər
  • Bu gün, 18:35
    Messidən daha bir rekord!
  • Bu gün, 18:15
    "Neftçi" - "Şamaxı": START HEYƏTLƏRİ
  • Bu gün, 18:13
    Masazır yeni çempionun görüşünə gəlmədi! – 750 azarkeş nədi, sən Allah?
  • Bu gün, 17:59
    "Turan Tovuz" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 17:32
    “Sabah” və “Zirə” finaldan öncə azarkeşlər üçün məşq edəcək?
  • Bu gün, 17:01
    ''Fənərbaxça''da ilk ayrılıq rəsmiləşdi
  • Bu gün, 16:30
    Okan Buruk tarix yazmaqda davam edir - Daha öncə bunu yalnız Qvardiola bacarmışdı!
  • Bu gün, 16:19
    "Turan Tovuz" - "Karvan-Yevlax": START HEYƏTLƏRİ
  • Bu gün, 16:08
    Kadidən yubiley qolu
  • Bu gün, 15:27
    Osimhen rəqiblərə söz atdı - ''Siz məşq etməkdə davam edin''
  • Bu gün, 14:56
    Üç klub üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
  • Bu gün, 14:34
    Kaşkilya 50 min dollara görə qovulası məşqçidi? – “İmişli” bunun cəzasını çəkəcək
  • Bu gün, 14:06
    Urfan premyer-liqada 350-ci oyununa çıxdı
  • Bu gün, 13:35
    ''Qalatasaray'' ardıcıl 4-cü, tarixinin 26-cı çempionluğunu qazandı!
  • Bu gün, 12:52
    “Əl-Hilal”dan ayrılmaq qərarına verdi
  • Bu gün, 12:02
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 11:28
    Keyn hələ ki liderdi
  • Bu gün, 11:15
    “Mövsümün sonunda nə baş verəcəyini bilmirəm” – Kamilo Duran da gedir?
  • Bu gün, 10:31
    Fatih Terim ''Qalatasaray''a çempionluq mesajı göndərdi
  • Bu gün, 10:00
    Aprelin ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 00:13
    Mbappe şanssız deyil
  • Dünən, 23:52
    FİFA-dan “Qarabağ”a transfer qadağası
  • Dünən, 23:46
    İngiltərə klubunda yeni müqavilə
  • Dünən, 23:06
    “Real”ın oyunçusu bir il “dincələcək”
  • Dünən, 23:04
    Arteta ilə bağlı vacib qərar
  • Dünən, 23:00
    "Son saniyələrədək xarakter göstərdik" - "Sumqayıt"ın məşqçisi
  • Dünən, 22:44
    "Qələbə qazanmaq üçün bütün futbolçular can qoymalıdı" - Andrey Demçenko
  • Dünən, 22:24
    Ronaldo 100-ə çatdı
  • Dünən, 22:21
    “Şuşa” ilə danışıq olsa da, Nadir Qasımovla olmayacaq” - “Səbail” adını dəyişir?
  • Dünən, 21:48
    MY-ni tərk edəcək
  • Dünən, 21:26
    Azarkeşlər yenə onu seçdilər
  • Dünən, 20:47
    "Sumqayıt"ın futbolçusu mükafatlandırıldı
  • Dünən, 20:05
    "Qarabağ" meydana ən güclü heyəti ilə çıxmışdı" - Kaxaber Sxadadze
  • Dünən, 19:35
    "Düşünürəm ki, nəticə oyuna görə idi" - Qurban Qurbanov
  • Dünən, 19:24
    Rəhbərlik ilə razılığa gəldi
Daha çox
Oxunub: 208
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 177
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 173
“Zirə” avrokuboklara getməsə, günahkar kim olacaq? – “Qartallar”dan açıqlama
Oxunub: 170
“Sabah” çempion oldu, yalnız iki klub təbrik etdi 
Oxunub: 164
Azər Bağırov general-mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Oxunub: 160
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə