• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Roberto Karlosu görəndə Marselonun dili tutulub - YAZI

Dünya futbolu / Manşet

2-04-2022, 12:0

“Real”ın əsas kapitanı Marselo “El Hormiguero” proqramına verdiyi müsahibədə karyerası və gələcəyi ilə bağlı açıqlamalar verib.

Xatırladaq ki, braziliyalı müdafiəçinin Madrid klubu ilə müqaviləsinin müddəti iyunun 30-da bitəcək.

Kapitanlıq haqda

“Komandanın kapitanlarından biri olmaq şərəfdi, bizdə daha üç kapitan var. Biz hakimlərlə danışa bilərik. Hərçənd bütün oyunçular bun qadirdi, bəlkə də bizim təsirimiz bir qədər artıqdı”.

Gənclər haqda

“Bütün gənc oyunçulara kömək etməyə çalışıram. Mən bu kluba gələndə 18 yaşım var idi. Gənclərə həvəslə yardım edirəm, təcrübəmi bölüşürəm. Bizim kimi veteranlardan ibrət götürmək olar. Getmək istəyən gənc oyunçu ilə söhbət edəndə məni dinləyir”.

La Liqa haqda
“Hər oyuna ayrıca yanaşmaq lazımdı. La Liqa çətin turnirdi, irəlidə oyun çoxdu. İşi davam etdirməliyik, doğru yoldayıq. Rəqiblərə hörmət etmək lazımdı. Çempionatın necə başlaması yox, necə qurtarması daha önəmlidi”.

“Real”a transferi haqda
“Agentimlə bura əvvəlcə Valdebebasla tanış olmaq üçün gəldim. Bütün əşyalarım hələ “Fluminense”də idi. Hara getdiyimi təkcə qız dostuma demişdim. Məşq bazasına yollandım, Bekhemi gördüm və sonra “Bernabeu”ya getdim. Məni dükana apardılar ki, ölçülərimə uyğun kostyum seçim. O vaxta qədər həyatım boyunca kostyum geyməmişdim. Stadiona çatanda artıq müqavilə hazır idi. İki dəfə düşünmədim, müqaviləni çox tez imzaladım. Məndən soruşdular ki, Milad bayramına qədər burda qalmaq istəyirsənmi? Ancaq mən Braziliyaya qayıtdım, çünki bir qədər həyəcanlanırdım”.

Roberto Karlos haqda
“Onunla tanış olanda dilim tutuldu. Mənə çox yardım etdi, Milad bayramında evinə apardı. Karlos uşaqlıqda kumirim idi, bunu bilməsə də. O mənim üçün böyük adamdı”.

Bekhem haqda
“Bekhem məni hamıdan çox heyran etdi, çünki futbolçudan daha artıq adam idi, yəni ulduz. Roberto Karlos, Serxio Ramos, Van Nistelroy, Salqado, Raul, Kasilyas... Əvvəl-əvvəl mənə ispanca danışmaq çətin idi, ingiliscəni heç xatırlamağa dəyməz, ancaq Bekhem və başqaları çox lütfkar idi. Kapitan Raul məni və ailəmi çox yaxşı qəbul etdi”.

Çempionlar Liqası haqda
“Çempionlar Liqasının finalı ərəfəsində inanılmaz təzyiq olur. Finaldan əvvəl yatmaq mümkünsüzdü, gərginlik artır. Oyun vaxtı əsəbilik keçir. Ölkəni Avropada təmsil etmək də çox xoşdu. “Yuventus”la finaldan əvvəl oteldə Kriştiano, Pepe, Kazemiro və Danilo ilə eyni masa arxasındaydım. Yeməyə çalışsam da, bacarmadım. Hamı susurdu. Kriştiano onda bizdən halımızı soruşdu, hər kəs dedi ki, boğazımdan tikə keçmir”.

“Desima” haqda
“ÇL-də ilk finalım həm də “desima” (ÇL-də 10-cu qələbə - red.) uğrunda oyun idi. Böyük gərginlik altındaydıq. Hədsiz çox asma, künc zərbəsi oldu, qol buraxdıq. Cavab qolunda... Modriç asma edəndə mən topa baxa-baxa irəli çıxdım, Ramos isə topa baxmırdı. Ancaq başla zərbə vurdu və top tora düşdü”.

Ramos haqda
“Ramos mənim üçün böyük qardaşdı, karyeramda, klubda mənə çox yardım edib. ÇL-də qələbədən sonrakı günü xatırlayıram, çox əsəbləşirdim. Serxio mənə Sibeles meydanında şərf bağlamağı təklif etdi. Bu onun imtiyazı idi, təklif etməyə də bilərdi. Əvvəlcə imtina etsəm də, sonra bağladım. Bu anın fotosu çox söz deyir, həmişə Serxioya minnətdar olacam”.

Gələcəyi haqda
“Sakitəm – həm klubda, həm də şəxsi həyatda. Oynamaq, özü də yüksək səviyyədə oyunu davam etdirmək istəyirəm. İrəlidə bizi vacib oyunlar gözləyir, mən dünyanın ən yaxşı komandasının kapitanıyam, sakitəm və özümü çox müdafiə olunan vəziyyətdə hiss edirəm. Hər şeyin bir sonu var. Karyeramı Madriddə bitirmək istəyərdim, ancaq bu qərarı mən vermirəm”.

Hakimlər haqda
“Hə, biz hansı hakimin oyunda iş başında olacağını bilirik, ancaq mübahisə etmək üçün yox, sadəcə, “sən”, yoxsa “siz” deyə müraciət etmək üçün. Əlbəttə, oyundan əvvəl hakimi öyrənirəm. Axı onlar da bizi öyrənirlər. Hakimin nə dərəcədə temperamentli olduğunu əvvəlcədən bilmək yaxşıdı”.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-05-2022, 14:0

“Real”ın tarixinə ən titullu oyunçu kimi düşdü!

Dünya futbolu

30-05-2022, 17:0

“Real”dakı 15 illik karyerasını başa vurur

Aktual
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
“Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
“CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
"Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
Son xəbərlər
  • Bu gün, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Bu gün, 20:09
    Marseldən Milana qayıdacaq
  • Bu gün, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Bu gün, 19:08
    La Liqada yeni rekord
  • Bu gün, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Bu gün, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Bu gün, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Bu gün, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Bu gün, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Bu gün, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Bu gün, 15:49
    “Barselona”dan daha bir rekord
  • Bu gün, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Bu gün, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Bu gün, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Bu gün, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Bu gün, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Bu gün, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Bu gün, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Bu gün, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Bu gün, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Bu gün, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Bu gün, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • Dünən, 23:59
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • Dünən, 23:33
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • Dünən, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Dünən, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Dünən, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Dünən, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Dünən, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Dünən, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Dünən, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Dünən, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Dünən, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Dünən, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 231
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə