“Real”ın 35-ci dəfə İspaniya çempionluğunu qazanması Marselo üçün ikiqat əlamətdar olub.
O, şənbə günü komanda ilə 24-cü titulunun sevincini yaşayıb. 33 yaşlı braziliyalı müdafiəçi bu göstərici ilə “Real”ın tarixinə ən titullu oyunçu kimi düşüb!
Marselo “kral klubu”nda 2007-ci ildən çıxış edir. Onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Yeri gəlmişkən, bir neçə ay əvvəl futbolçunun yayda doğma klubuna – “Fluminense”yə qayıda biləcəyi haqda xəbər yayılmışdı.