10-cu turda 16 ildən sonra ilk dəfə vahid liderliyi ələ alan “Latsio” evdə “Leççe”nin qapısından üç cavabsız top keçirməklə həm mövqeyini qorudu, həm də məlum səbəbdən möhkəmləndirdi. Cennaro Qattuzonun komandasının çempionatdakı məğlubiyyətsiz seriyasının 13 oyuna (11 qələbə, 2 heç-heçə) çatdığını da qeyd edək.
Sözsüz, 10-cu turda baş tutan Milan derbisində 1:3 hesablı məğlubiyyətdən sonra liderliyi itirən “İnter”in növbəti büdrəməsi diqqəti daha çox cəlb edən nəticədi. Son çempionun Berqamodakı oyunda qələbəyə çox yaxın olmasına baxmayaraq, yalnız bir xal qazanması vurğulanmalıdı. Yerli “Atalanta” əslində bu mövsüm yaxın keçmişdə Can Pyero Qasperininin başçılığı altında parlayan komandanın miskin kölgəsini xatırladır. Amma berqamolular, necə deyərlər, milanlıları son dəqiqələrdə şoka saldılar. “İnter” matçın gedişində üç dəfə iki topluq üstünlüyə (2:0, 3:1, 4:2) malik oldu. Ancaq qələbə heabını sona qədər qoruya bilmədi.
Françesko Espozito artıq ikinci hissənin əvvəlində het-trik etməklə qonaqların 3:1 hesablı üstünlüyünü təmin etmişdi. Kristian Kivunun komandası qalan vaxtda arxa xətdə inamsız göründü və rəqib də bundan yararlanaraq 4:4 hesablı trilleri rəsmiləşdirdi.
İki xal itkisi “İnter”ə 2-ci yeri itirmək bahasına başa gəldi.
Tura 3-cü yerdə başlayan “Roma” da “Latsio” kimi böyükhesablı qələbə qazandı. Paytaxt təmsilçisi səfərdə “Parma”nı 5:1 hesabıyla darmadağın etdi. “Canavarlar”ın cədvəldəki mövqeyi yaxşıya doğru dəyişdi. “Roma” əsas izləyicisinə çevrildiyi liderdən yenə 2 xal geri qalır. Vurğulanası fakt isə Qasperininin komandasının 12 oyuna 36 qol vurmasıdı. Paytaxt təmsilçisi A seriyasında 76 ildən sonra 12 oyuna azı 35 qol vuran ilk komandadı.
Xatırladaq ki, 1950/51 mövsümündə “Milan” və “İnter” ilk 12 turda qapılara 38, “Yuventus” isə 37 dəfə yol tapmışdı.
Əlbəttə, “İnter”in büdrəməsi “Milan”ın da işinə yaradı. Ruben Amorimin komandası, necə deyərlər, evdə “Frozinone”nin daşını daş üstə qoymadı. 5:1 hesablı qələbə “Milan”ı əzəli rəqibi “İnter”ə 2 addım (aradakı xal fərqi 2-yə düşdü) yaxınlaşdırdı. Amma “qırmızı-qaralar” əvvəlki kimi, liderdən 5 xal geri qalırlar.
Əvvəlki turda “İnter”dən iki cavabsız top buraxmaqla bütün turnirlərdə 6 oyunluq qələbə seriyası qırılan “Komo” 4-cü yerdən 5-ə düşmüşdü. İtaliyanı Çempionlar Liqasında uğurla təmsil edən “göylər” evdə “Kalyari”dən maksimum xal almağa borclu idilər. Aldılar da: 2:0 hesablı qələbə Fransesk Fabreqasın komandasının mövqeyini möhkəmləndirdi.
Mövsümün əvvəlindən qeyri-sabit çıxışla yadda qalan “Yuventus” da inamlı qələbə qazandı. Doğrudu, turinlilərin rəqibi aşkar autsayderlərdən sayılan “Venetsiya” idi. Bununla belə, ölkə nəhəngi ilk hissədə qapıya heç cür yol tapa bilmədi. Amma fasilədən sonra ardıcıl 4 qol vuran “Yuventus” bu nəticə və“Frozinone”nin uduzması ilə 7-ci yerdən 6-ya qalxdı. Əlbəttə, hazırkı mövqeyi və liderdən 11 xal (!) geridə olması heç də nəhəng kluba yaraşan faktlar sayıla bilməz...
Vurğulanası digər fakt isə Luçano Spalletti ilə bağlıdı. “Yuve”nin baş məşqçisi A seriyasında 600-cü sınağını uğurla verdi. O, bu liqada azı bu qədər oyuna komanda çıxaran 6-cı mütəxəssisdi. 67 yaşlı don Luçanodan əvvəl buna Karlo Matsone (792), Nereo Rokko (752), Covanni Trapattoni (689), Nils Lidholm (635) və Qasperini (626) nail olublar.
Spallettinin A seriyasında “Napoli”, “İnter”, “Roma”, “Udineze” və “Empoli”yə başçılıq etdiyini də bildirək.
Mövsümü qeyri-sabit keçirən “Napoli” də hesabına qələbə yazdı. Ötən mövsümün vitse-çempionu evdə “Torino”ya çətinliklə qalib gəldi. Xilaskar rolunda çıxış edən Maktomineyin 73-cü dəqqiədə vurduğu yeganə qol cənubluları 10-cu yerdən 8-ə yüksəltdi. Massimiliano Alleqrinin komandası liderdən yenə 14 xal geridədi...
12-ci tur
Latsio – Leççe 3:0
Noslin, 25; 68. Frattezi, 90. (12500)
Latsio: Mandas, Mussolini, Duhi, Leyte, Pedrasa (Luka Pelleqrini, 78), Belayan (Rovella, 83), Teylor, Frattezi, İsaksen (Kançelyeri, 78), Pinamonti (Qudmundsson, 88), Noslin (Dele-Başiru, 83).
Atalanta – İnter 4:4
Elmas, 35. De Ketelare, 72; 80. Kessye, 90+1-p. - F.Espozito, 16; 32; 52. Suçiç, 76-p. (22727)
Atalanta: Sportyello, Skalvini, Bellanova (Bernaskoni, 88), Kolaşinats, Zappakosta, Ederson (Rou, 68), Kessye, Elmas (Paşaliç, 68), Zalevski (Raspadori, 73), De Ketelare, Krstoviç (Skamakka, 88).
İnter: X.Martines, Bastoni, Auqusto, Pavar, Dimarko (Akanci, 64), Barella (Cons, 64), Mxitaryan (Stankoviç, 77), Spens, Çalhanoğlu (Suçiç, 33), M.Türam, F.Espozito (L.Martines, 77).
Parma – Roma 1:5
Elfeqe, 54 – Malen, 39; 68; 77; 90. Mora, 71. (21049)
Roma: Svilar, Ermoso, Balerdi (Ndika, 56), Mançini, Molina (Kulierakis, 84), Kristante, M.Kone, Lulli (Fransa, 56), Mora (Pizilli, 83), Dibala (Sule, 62), Malen.
Milan – Frozinone 5:1
Kalvini, 4-öz qapısına. Ramuş, 19. Yaşari, 48. Sisse, 60. Pulişiç, 68 – Mazini, 25. (76585)
Milan: Menyan, De Vinter, Xila, Diavara (Pavloviç, 71), Bertezaqi (Yaşari, 46), Musa (Estupinyan, 71), Modriç, Rabyo, Moreyra, Pulişiç (Hatçinson, 81), Ramuş (Sisse, 51).
Komo – Kalyari 2:0
Ramon, 24. Da Kunya, 56. (13602)
Komo: Butez, Kaiki, Ramon, Kempf, Kouto, Milya (Perrone, 57), Riççi (Lahdo, 73), Da Kunya (Smolçiç, 73), Liberali (Pas, 57), Baturina (Valye, 88), Duvikas.
Yuventus – Venetsiya 4:0
Voltemade, 32. Koopmeyners, 59. Kabal, 65. Kolo Muani, 71-p. (41245)
Yuventus: Vikario, Çelik (Qatti, 68), Bremer, Kelli, Kabal (Kambyazo, 74), Duqlas Luis (Sarr, 46), Koopmeyners, Makkenni, Jeqrova, Alaybeqoviç (Voltemade, 46), Kolo Muani (Boqa, 84).
Napoli – Torino 1:0
Maktominey, 73. (43000)
Napoli: Milinkoviç-Saviç, Beukema, Rrahmani, Marin (Olivera, 58), Gilmor, Zambo Angissa, Spinatsola (Lanq, 58), Maktominey, Politano (Jiovane, 82), Verqara (De Bruyne, 13), Höylunn (Favazuli, 82).
Bolonya – Udineze 1:1
Zortea, 43 – Zanyolo, 67. (22734)
Sassuolo – Cenoa 0:2
Osmaiç, 26; 38. (14043)
Montsa – Fiorentina 3:0
Varela, 45-p.; 51. Robinson, 59. (12000)
1. Latsio 12 10 2 0 28-9 32
2. Roma 12 9 3 0 36-11 30
3. İnter 12 9 2 1 32-17 29
4. Milan 12 8 3 1 28-14 27
5. Komo 12 8 2 2 20-10 26
6. Yuventus 12 6 3 3 19-12 21
7. Frozinone 12 6 2 4 25-20 20
8. Napoli 12 5 3 4 19-14 18
9. Bolonya 12 5 3 4 17-15 18
10. Cenoa 12 5 1 6 13-16 16
11. Kalyari 12 5 1 6 10-17 16
12. Atalanta 12 4 3 5 21-24 15
13. Torino 12 4 2 6 15-18 14
14. Montsa 12 3 1 8 20-25 10
15. Leççe 12 3 1 8 12-25 10
16. Fiorentina 12 2 3 7 17-28 9
17. Parma 12 2 2 8 10-22 8
18. Sassuolo 12 2 2 8 16-31 8
19. Venetsiya 12 2 0 10 8-25 6
20. Udineze 12 1 3 8 13-26 6
Bombardirlər: Malen (Roma) - 12, Varela (Montsa) - 11, Raymondo (Frozinone) - 8.
Növbəti turun oyunları noyabrın 28-30-u aralığında keçiriləcək: Venetsiya – Bolonya, İnter – Cenoa, Kalyari – Milan, Komo – Yuventus, Leççe – Atalanta, Roma – Montsa, Sassuolo – Napoli, Torino – Latsio, Udineze – Fiorentina, Frozinone – Parma.
Turun rəqəmi
1100 - Massimiliano Alleqri “Napoli”nin “Torino” üzərində qələbəsi ilə unikal göstəriciyə nail oldu. 59 yaşlı baş məşqçi İtaliya çempionatının yüksək liqasında qazandığı xalların sayını 1100-ə çatdırdı. Alleqri bu göstərici ilə liderliyini davam etdirir. Ondan başqa A seriyasında 1000 xal həddini keçən mütəxəssislər Luçano Spalletti ilə Can Pyero Qasperinidi. Qeyd edək ki, bu liqada qələbəyə görə 3 xal sistemi 1994/95 mövsümündən tətbiq edilir.
Turun ulduzu
Doniell Malen (Roma) – niderlandlı hücumçu “Parma” ilə oyunda bombardirlik şousu göstərdi. 4 qol vuran Malen A seriyasında bombardirlərin siyahısında liderliyi ələ aldı. 27 yaşlı futbolçu bu liqanın cari mövsümündə meydana çıxdığı 11 oyunda qapılara 12 dəfə yol tapıb və 2 məhsuldar ötürmə edib. Doniellin bu mövsüm klubda və yığmada ümumilikdə 17 oyun keçirdiyini, 17 qolun və 6 assistin müəllifi olduğunu da xatırladaq.
Turun sitatı
Luçano Spalletti, “Yuventus”un baş məşqçisi:
“A seriyasında 600 oyuna çatdıqdan sonra məşqçilik karyeramda növbəti hədəfim nədi? Cavabım sadədi: 601-ci oyuna çatmaq. Ona görə ki, müasir futbolda hər an hər şey ola bilər...”





