Səfərdə inadkar “Nitsa”nı məğlub edən PSJ xalını 26-ya çatdırmaqla liderliyini möhkəmlətdi. Ancaq “Anje”nin daşını daş üstə qoymayan paytaxtın eyniadlı təmsilçisi də liderin lap yaxınlığındadı. ÇL-ə vəsiqəyə iddialıların qrupunda büdrəmələr oldu. “Lill” evdə “Lion”a uduzdu, “Velodrom”da inanılməz şəkildə “Le Man”a uduzan “Marsel” isə 3-cü pilləyə yüksəlmək şansını əldən verdi. “Monako” qələbəsiz oyunlar seriyasını bitirə bilmədi, evdə “Oser”dən çətinliklə xal aldı. “Brest” isə “Strasbur” üzərindəki səfər qələbəsi sayəsində xal hesabında “Marsel”ə çatdı.
Turun qalan oyunlarına gəlincə, “Trua” evdə ümidsiz autsayder “Havr”ı məğlub etdi, “Lans” – “Tuluza”, “Loryan” – “Renn” oyunlarında məhsuldar heç-heçə qeydə alındı.
11-ci tur
Nitsa – PSJ 2:3
Amura, 8. Abdi, 90+5 – Mayulu, 31-p. Due, 32. Torres, 85. (34503)
PSJ: Safonov, Hakimi. Zabarnı, Ernandes (Markinyos, 79), Mendeş (Paço, 61), Zair-Emeri, Neveş, Ruis, Akliuş (Qodts, 62), Mayulu (Dembele, 61), Due (Torres, 44).
Lans – Tuluza 1:1
Kyuizans, 47 – Rassell-Rou, 39. (37385)
Lans: Risser, Todibo, Baydu, Udol, Agilar (Abdulhəmid, 59), Kyuizans (Aydara, 59), Titraui, Çaves (Qanyu, 72), Meslub (Sima, 59), Toven, Sotoka (Skuras, 90+1).
Lill – Lion 0:1
Bidstrup, 40. (45070)
Lill: Özər, Nqoy, Nyanzu (Qoffi, 52), Aleksandro, Perro (Verdonk, 80), Mukau (Jiru, 80), Bentaleb, Andre, Bakva (Mbappe, 62), Haraldsson, Diaun (Ueda, 46).
Monako – Oser 1:1
Diop, 82 – Fevr, 29. (4868)
Strasbur – Brest 0:1
Ecuma, 22. (30591)
Trua – Havr 3:1
Mille, 19; 69. Ripar, 90+8-p. – Mayya, 3. (9686)
Paris – Anje 4:0
Zabi, 47. Koleoşo, 55. Lopes, 65. Koppola, 72. (16255)
Loryan – Renn 1:1
Talbi, 45 – Dia, 27. (16358)
Marsel – Le Man 2:3
Quiri, 33. Payşao, 40 – Mafuta, 70. Kola, 84. Verkryuyss, 90+5. (52000)
1. PSJ 11 8 2 1 25-12 26
2. Paris 11 7 2 2 21-10 23
3. Lill 11 6 3 2 14-8 21
4. Lion 11 6 2 3 16-9 20
5. Marsel 11 6 0 5 24-17 18
6. Brest 11 5 3 3 19-12 18
7. Nitsa 11 5 2 4 17-15 17
8. Monako 11 4 5 2 14-12 17
9. Renn 11 5 2 4 22-22 17
10. Loryan 11 4 4 3 10-9 16
11. Lans 11 4 2 5 18-16 14
12. Tuluza 11 3 5 3 16-15 14
13. Le Man 11 2 5 4 15-21 11
14. Trua 11 3 2 6 10-18 11
15. Oser 11 3 2 6 14-25 11
16. Strasbur 11 3 1 7 18-23 10
17. Anje 11 2 2 7 9-23 8
18. Havr 11 0 2 9 10-25 2
Bombardirlər: Sinayoko (Paris) – 9, Quiri (Marsel) – 8, Lepol (Renn) – 7.
Növbəti turun oyunları noyabrın 27-29-u aralığında keçiriləcək: Brest – Paris, Anje – Lans, Havr – Strasbur, Le Man – Lill, Nitsa – Trua, PSJ – Loryan, Oser – Marsel, Tuluza – Renn, Lion – Monako.
Turun rəqəmi
12 – Luis Enrike PSJ-nin “sükanı arxasında” son 12 rəsmi oyunda qələbə qazanıb. Bu, 56 yaşlı ispaniyalının məşqçi karyerasında ən uzun qələbə seriyasıdı. Əvvəlki rekordu (ardıcıl 11 qələbə) 2015-in yanvar – fevral aralığında “Barsa”nı çalışdırarkən müəyyənləşdirmişdi.
Turun ulduzu
Əşrəf Hakimi (PSJ) – müdafiəçi olsa da, komandasının qələbələrinə az qala hücumçular qədər töhfə verir. Həm PSJ-nin ilk qolundakı penaltinin səbəbkarı oldu, həm də Dueyə məhsuldar ötürmə verdi.
Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Duenin zədəsinin ciddi olduğu aydındı. Hər şeyi televizorda gördük. Yüksək səviyyəli peşəkar futbolçuların həyatı belədi: hər tur belə halla üzləşə bilərsən. Bununla barışmaq lazımdı. Onun daha güclü qayıdacağına əminəm”.





