• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Napoli” fərqi yenidən 18 xala çatdırdı, “Spetsiya” tarixində ilk dəfə “İnter”ə qalib gəldi - TƏHLİL

Dünya futbolu

14-03-2023, 20:0

A seriyasının 25-ci turu Spetsiyada keçirilən yeganə oyunla başladı. “Alberto Pikko” stadionunda qeydə alınan nəticə daha çox “Napoli”nin azarkeşlərini sevindirdi.

"Football-plus.az" xəbər verir ki, cümə günü “Spetsiya” üçün əlamətdar nəticə ilə yadda qaldı. A seriyasında qalmağa çalışan bu komanda “İnter”ə qalib gəldi. Leonardo Sempliçinin çalışdırdığı “ağ-qaralar” tarixi qələbə üçün əllərindən gələni etdilər. Əslində milanlıların zəif oynadığını iddia etmək olmaz. Amma nəticə vitse-çempionun xeyrinə olmadı. 13-cü dəqiqədə Lautaro Martines penaltini qola çevirsəydi, nəticə bəlkə də fərqli olacaqdı. Argentinalı hücumçunun zərbəsini dəf edən Dronqovski 83-cü dəqiqədə Lukakunun analoji vəziyyətdən endirdiyi zərbəyə mane ola bilmədi. Ancaq polşalı qapıçının komandasına güclü rəqibdən maksimum xal almaqda böyük psixoloji təsirini qeyd etməliyik. Spetsiyalıların sevinməsində rol oynayan başqa bir oyunçu isə qola və məhsuldar ötürməyə adını yazdıran anqolalı hücumçu Nzola oldu. Beləliklə, “İnter” son 3 çempionat matçında 2-ci dəfə uduzdu.
Əvvəlki turda öz meydanında “Latsio”ya məğlub olan (0:1) “Napoli”nin ölkə çempionatında 8 oyunluq qələbə seriyası qırılmışdı. Lider bu dəfə azarkeşlərini sevindirə bildi. Luçano Spallettinin komandası turun mərkəzi oyununda “Atalanta”nı 2:0 hesabıyla məğlub etdi. Hesabı açan Kvaratsxeliyanın vurduğu qolu izləməyə dəyərdi. 7-8 oyunçunun əhatəsində olan gürcü yarımmüdafiəçi topla yüksək səviyyəli texniki davranışlarından sonra güclü zərbə ilə toru silkələdi. Oyuna tamamilə nəzarət edən neapollular Rrahmani ilə daha bir qol vuraraq “İnter” ilə xal fərqini yenidən 18-ə yüksəltdi. Xatırladaq ki, lider ilə əsas izləyicisi arasında 24-cü turdan sonra da bu qədər fərq vardı.

“Latsio” bu tur 2-ci yerə çıxmaq üçün əla fürsət yaxalamışdı. Lakin Mauritsio Sarrinin komandası Bolonyadan Romaya qolsuz heç-heçənin qazandırdığı minimum xalla qayıtdı. Paytaxtın eyniadlı komandası isə turu xalsız başa vurdu. “Roma”nın evdə “Sassuolo”ya 3:4 hesabı ilə uduzmasına əsasən iki amil təsir etdi. Əvvəla, Joze Mourinyonun komandası həftəiçi Avropa Liqasında “Real Sosyedad”a qalib gəldiyi (2:0) matçda heç də az güc itirməmişdi. “Sassuolo”ya qarşı oyunda isə “canavarlar”ı Kumbulla çətinə saldı. Müdafiəçinin fasilə ərəfəsində kobudluğuna görə qarşısında birbaşa qırmızı vərəqə görməsi qonaqların ilk yarını 3:1 hesabıyla başa vurmasına çox təsir etdi. “Roma” fasilədən sonra on nəfərlə iki qol vursa da, məğlubiyyətdən qaça bilmədi. Başqa sözlə, paytaxtın hər iki klubu Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə zərbə aldı.

Bu turnirə can atan komandaların büdrəməsi “Yuventus”un işinə yaradı. Zədəli oyunçuların çoxluğu sarıdan korluq çəkən turinlilər evdə mövsümün ən zəif komandalarından “Sampdoriya”ya 4:2 hesabıyla qalib gəldilər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-02-2023, 16:0

A seriyasında yeni təyinat

Dünya futbolu

16-04-2022, 12:0

Sırğaya görə oynaya bilmədi

Çempionlar Liqası

23-02-2023, 18:0

“Ayntraxt” – “Napoli” matçında nələr yaşandı? – REPORTAJ

Dünya futbolu

4-03-2023, 15:0

Liderin iki seriyası qırıldı

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 15:01
    Karyerasını başa vurdu
  • Dünən, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Dünən, 13:59
    Milli komandada yeni anlaşma
  • Dünən, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Dünən, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Dünən, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Dünən, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Dünən, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Dünən, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Dünən, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Dünən, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • 2-06-2026, 23:0
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • 2-06-2026, 23:0
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • 2-06-2026, 22:0
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • 2-06-2026, 22:0
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • 2-06-2026, 21:0
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 200
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 188
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə