“DH Volley” Polşa təmsilçisinə məğlub oldu - Çelenc Kuboku

26.11.2026 20:08
İdman
“DH Volley” qadın voleybol komandası CEV Çelenc Kubokunda növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Durval De Santana Nunyesin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin ilk matçında Polşanın “LKS Commercecon LODZ” komandasını qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən qarşılaşma təmsilçimizin 0:3 (13:25, 18:25, 22:25) hesablı məğlubiyyəti ilə başa çatıb.

Komandalar arasında cavab görüşü dekabrın 2-də Polşada keçiriləcək.

Xatırladaq ki, “DH Volley” əvvəlki mərhələdə Danimarkanın “Holte IF” klubuna hər iki görüşdə qalib gəlib - 3:1, 3:0.