“Turan Tovuz” derbiyə ciddi itki ilə çıxacaq

26.11.2026 22:04
Ölkə futbolu / Manşet
Noyabrın 27-də Misli premyer-liqasında 13-cü tura start veriləcək.

“Football-plus.az”ın məlumatına görə, bu oyunlar üçün cəzalı durumda olan futbolçuların adları məlum olub.

Belə ki, “Sumqayıt” ötən tur “Sabah”a qarşı oyunda (1:5) ikinci “sarı”dan qırmızı vərəqə alan Lukas Blekin xidmətindən yararlana bilməyəcək. Digər cəzalı isə “Turan Tovuz”un şərəfini qoruyan Xorxe Silvadı. Portuqaliyalı ötən tur “Şamaxı” ilə matçın 75-ci dəqiqəsində təcavüzkar davranışa yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə üzləşib.

Qeyd edək ki, 13-cü turda “kimyaçılar” “Qarabağ”ın qonağı olacaq, “bozqurd” isə “Kəpəz”i qəbul edəcək.

KƏNAN BAHADIR