“Roma” İtaliya A seriyasının yeni mövsümünə iki darmadağınla başlayıb.
"Football-plus.az" xəbər verir ki, Paytaxt təmsilçisi baş məşqçi Can Pyero Qasperininin rəhbərliyi altında ilk iki turda böyükhesablı qələbələr qazanıb. İlk turda evdə “Fiorentina”nı 4:0 hesabı ilə məğlub edən “Roma” 2-ci turda səfərdə “Leççe”yə də eyni hesabla qalib gəlib.
“Opta”nın məlumatına görə, “Roma” tarixində ilk dəfə A seriyasının yeni mövsümünə ardıcıl iki böyükhesablı qələbə ilə başlayıb. Komandanın 4 top fərqi ilə qazandığı bu iki qələbə klub üçün yeni rekorddu.
“Roma” hazırda ölkə çempionatında 6 xalla topların daha yaxşı fərqinə əsasən 1-ci yeri tutur. Paytaxt komandası növbəti turda sentyabrın 5-də “Atalanta” ilə qarşılaşacaq.
Paytaxt klubu üçün yeni rekord
Dünya futbolu






