“Kəpəz”ə görə kinoteatra da yığışdılar

6.11.2026 23:38 0
Ölkə futbolu
“Kəpəz” “Neftçi” ilə oyun günündə də kinoteatra toplaşmaq ənənəsini davam etdirdi.

Xatırladaq ki, “sarı-göylər”in çempionatdakı səfər görüşləri “Gəncə Mall”da yerləşən “CineMastercard” zalında böyük ekranda göstərilir. 100 yerlik zalda daha “Araz-Naxçıvan”la oyunu 16, “Şəfa” ilə oyunu isə 15 nəfər izləmişdi.

Bəs bugünki derbi nə dərəcədə maraq doğurub? “Football-plus.az” bu suala cavab tapmaq üçün “Cinemastercard” kinoteatrlar şəbəkəsinin “Gəncə Mall” filial müdiri Niyazi Zeynallovla əlaqə saxlayıb. Ondan aldığımızı məlumata görə bu görüşü ötən iki matçdakından daha çox - 58 azarkeş izləyib.

İSRAYIL XEYRULLAYEV