Səfər oyunları hansı və neçə nəfərlik salonda nümayiş etdiriləcək? Biletin qiyməti neçə manatdan başlayacaq?
“Football-plus.az” bu təşəbbüslə bağlı əlavə bilgi almaq üçün klubun mətbuat katibi Aqşin Əliyevlə əlaqə saxlayıb:
“Təbii ki, kinoteatrda oyunu izləməyin özünəməxsus yeri var. Həm futbol həvəskarlarının bir araya toplaşması, həm də ordakı ab-hava azarkeşlərə qarşılaşmanı daha real hiss etmək imkanı yaradacaq. “Kəpəz”in səfər oyunları kinoteatrın 5-ci salonunda nümayiş etdiriləcək. Salon 135 nəfərlikdi. Ekranın ölçüsüləri belədi: uzunluq 11, en 8 metr. Bilet qiymətlərini “CineMastercard” müəyyənləşdiriləcək. Qiymətlər “Araz-Naxçıvan”la oyuna 2-3 gün qalmış açıqlanacaq”.
İSRAYIL XEYRULLAYEV






