10 il millidə, 10 il “Neftçi”də? – Emin üçün klub karyerası da başa çata bilər

6.11.2026 22:50 0
Ölkə futbolu / Manşet
Xəbər verdiyimiz kimi, Emin Mahmudov bu ay milli karyerasını başa vuracağını elan edib.

Kapitan Millətlər Liqasında Lixtenşteynə, yoldaşlıq görüşündə Andorraya qarşı matçlardan sonra yığma ilə vidalaşacaq. Belədə futbolçunun klub karyerasını da bitirib-bitirməyəcəyi ilə bağlı sual yaranır. Axı Eminin “Neftçi” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Futbolçunun klub karyerasını bitirəcəyi haqda “Neftçi”yə məlumat verib-vermədiyini öyrənmək məqsədilə bakılıların mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya müraciət etdik. Həmkarımız “Football-plus.az”a cavabında “xeyr” cavabını verdi.

Xatırladaq ki, Emin 2016-cı ildən yığmamızda, 2017-dən isə “Neftçi”də forma geyir.

KƏNAN BAHADIR