“Bu məsələlərə mən baxmıram” – Kurban Berdıyev

6.11.2026 20:44 9
Ölkə futbolu / Manşet
Premyer-liqanın ilk dövrəsinin son turunda “Turan Tovuz” səfərdə “Qarabağ”ı 1:0 hesabıyla məğlub etdi.

“Football-plus.az” xəbər verir ki, tovuzluların baş məşqçisi Kurban Berdıyev mətbuat konfransı keçirdi.

- “Turan Tovuz” liderlərlə görüşdə məğlub olmadı. Komandanız yüksəlişə keçib?
- Bunu demək çətindi. Mən daha çox uşaqlara görə sevinirəm ki, onlar liderlərə qarşı qələbə qazanmağı bacardılar.

- Ötən görüşdən sonra Faiq Hacıyev növbəti oyunlarda da şans görməsə, komandanı tərk edəcəyini söyləmişdi. Onun gələcəyini komandada necə görürsüz?
- Faiq komandamızın yaxşı oyunçularından biridi. O çox məşq edir. Lakin həmin mövqedə Silva daha yaxşı çıxış edir.

- Komandanın çempionluq uğrunda mübarizəni davam etdirməsi üçün hansısa transferə ehtiyacı var?
- Bu məsələlərə mən baxmıram. Sualı klub prezidentinə ünvanlasaz, yaxşı olar.

İSRAYIL XEYRULLAYEV