Məsələ burasındadı ki, 29 yaşlı futbolçu hələ 2022-ci ildən yunan mifologiyasına əsaslanaraq ''Helios'' adlı maraqlı bir kart oyunu icad edərək onu istifadəyə buraxıb. Bu oyun bu yaxınlarda adı açıqlanmayan şirkətlərdən birinin diqqətinin cəlb edib.
İngiltərənin ünlü ''Atletik'' portalının yaydığı məlumata inansaq, tamamilə havayı istifadəyə verilən bu oyunu satın almaq istəyən şirkət Sen-Maksiminə nə az, nə çox - düz 26 milyon avro təklif edib. Ancaq təcrübəli futbolçu layihəsini genişləndirmək və bu sahədəki təcrübəsini daha da artırmaq istədiyini bildirərək bu astronomik təklifi geri çevirib!
Sen-Maksimin bununla bağlı verdiyi açıqlamada bunları deyib:
''Bu, pulla ölçüləcək bir layihə deyil. Burda məqsəd sıfırdan yeni bir şey yaratmaq və insanlara yeni fürsətlər yarada bilməkdi''.
''Fənər''dən başqa ''Sent-Etyen'', ''Nitsa'', ''Nyukasl'', ''Əl-Əhli'', ''Amerika'', ''Lans'' kimi klubların şərəfini qorumuş Sen-Maksimin bu mövsüm MLS-də iştirak etdiyi 15 oyunda aktivinə 2 qol, 4 məhsuldar ötürmə yazıb.




