Daha əvvəl xəbər verdiyimiz kimi, “Kəpəz” azarkeşlərinin səfər oyunlarını birlikdə izləməsi üçün “Gəncə Mall”da yerləşən “Cinemastercard” kinoteatrının “Kəpəz” zalında matçın nümayişini təşkil edib. Klubun açıqlamasına əsasən, bunun üçün 135 nəfərlik zal ayrılıb.
Bu təşəbbüsün o qədər də maraq doğurmadığını, cəmi iki biletin satıldığını xəbər vermişdik. Bəs oyun günü vəziyyət necə idi? Matçı kinoteatrda neçə azarkeş birlikdə izləyirdi? Zalda ab-hava necə idi?
Bu suallara cavab tapmaq üçün “Football-plus.az” “Cinemastercard” kinoteatrlar şəbəkəsinin “Gəncə Mall” üzrə filial müdiri Niyazi Zeynalovla əlaqə saxlayıb:
“Bu gün ilk dəfə “Araz-Naxçıvan”a qarşı matç nümayiş olundu. Cəmi 16 nəfər matçı birlikdə izlədi. Hələ ilkdi, azarkeşlər alışmayıb.
Zalda hər cür şəraitimiz var. Böyük ekran, yumşaq oturacaqlar… İnşallah, gələn oyunlarda tamaşaçı sayı daha çox olar”.
Zalda hər cür şəraitimiz var. Böyük ekran, yumşaq oturacaqlar… İnşallah, gələn oyunlarda tamaşaçı sayı daha çox olar”.
İSRAYIL XEYRULLAYEV






