Azərbaycanlı futbolçu ayın ən yaxşısı adına namizədlər siyahısında! – siz də səs verə bilərsiz

6.11.2026 19:57 0
Ölkə futbolu / Manşet
Ukrayna Premyer-Liqası (UPL) çempionatda ayın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirir.

“Football-plus.az” xəbər verir ki, namizədlərin siyahısını UPL-TB-nin şərhçiləri və ekspertləri, həmçinin jurnalistlər müəyyənləşdirir. Sevindirici haldı ki, oktyabrın ən yaxşısı adına iddialılar siyahısında soydaşımız da var. Söhbət ötən ay Ukrayna çempionatında özünü ən yaxşı tərəfdən göstərən “Xarkov”un yarımmüdafiəçisi Ramiq Hacıyevdən gedir. Oktyabrın ən yaxşısı olmaq uğrunda mübarizə 8 futbolçu arasında gedir:

Valeri Bondar (Şaxtyor)

Georgi Buşan (Dinamo)

Vladislav Veleten (Polesye)

Ramiq Hacıyev (Xarkov)

Baton Zaberqca (Xarkov)

İqor Krasnopir (Polesye)

Boqdan Kuşnirenko (Zarua)

İvan Petryak (Kudrovka)

Azərbaycanlı futbolsevərlərin də sorğuya qatılmaq imkanı var. Sadəcə, UPL-in rəsmi saytına (https://upl.ua/ua/news/view/12201) daxil olub, uyğun düyməni sıxmaq lazımdı.