Kəpəz" Misli premyer-liqasının 11-ci turunda "Palms Sports Arena"da "Neftçi"yə uduzdu - 0:1.
"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Xalqımızı qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm. Şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə isə sağlamlıq arzulayıram. Oyuna gəlincə, "Neftçi" əzəli rəqibimizdi. Çempionatın liderinə qarşı oynayırdıq. Futbolçular çalışdılar. Bu gün bura məğlub olmaq üçün gəlməmişdik. Burda xal və ya xallar qazanmaq istəyirdik. Təəssüf ki, uduzduq. Futbolçulara hər şeyə rəğmən təşəkkür edirəm. Millimizə uğurlar arzulayıram. Fasilədə daha çox çalışmalıyıq. Düşünürəm ki, futbolçular çempionatımıza rəng qatmağa davam edəcək.
- Benitonun fasilədə əvəzlənməsi nə ilə bağlıdı?
- Birinci hissəyə 4-2-3-1 sxemi ilə başlamışdıq. Gördük ki, "Neftçi"nin cinahları daha fəaldı. Düşündük ki, ikinci hissədə sxemdə dəyişiklik edək və 4-5-1 sistemi ilə oynayaq. Taktiki əvəzetmə etdik.
- Davidin olmaması oyuna necə təsir etdi?
- Bəli, onun olmaması bizim üçün itki idi. Əvəzinə Ürfan Abbasov oynadı. O ilk dəfə deyildi ki, bu mövqedə çıxış etdi. Məncə, işinin öhdəsindən layiqincə gəldi. Ürfana təşəkkür edirəm.
- Növbəti turda "Qarabağ"a qarşı oynayacaqsız. Bu oyun haqda nə düşünürsüz?
- "Qarabağ"la oyunu komandam üçün 3 xal kimi görürəm. Düzdü, çox çətin oyun olacaq. Amma biz doğma şəhərimizdə oynayacağıq. Bu gün özünüz də gördüz ki, azarkeşlərimiz bizi burda da tək qoymamışdı. Razıyam ki, futbolda məğlubiyyət də var. "Qarabağ"la oyuna da qələbə üçün çıxacağıq.
- Namik Ələskərov milliyə dəvət edildi. Onun haqda fikriniz necədi?
- Namik nə qədər sevinirsə, mən ondan daha çox sevinirəm. Son 5 ildə "Kəpəz"dən heç kim milliyə dəvət edilməmişdi. Bu, onun zəhmətinin bəhrəsidi. "Zirə"dən "Kəpəz"ə gəldi. Halbuki "Zirə" yuxarı pillələr, "Kəpəz" premyer-liqada qalmaq uğrunda oynayır. Bu addım bir futbolçu üçün elə-belə deyil. Namikin və komanda yoldaşlarının Gəncədə çəkdiyi əziyyətin bəhrəsidi. Ona uğurlar arzulayıram. Allah qoysa, yaxşı çıxış edər.
- Sizcə, gəncəli futbolçu milliyə nə vaxt dəvət ediləcək?
- Gəncəli futbolçuların milli komandamıza dəvət edilməsi üçün Qərbdə akademiyada köklü dəyişikliklər lazımdı. Strategiya və struktur qurmaq lazımdı. Əks halda, gəncəli futbolçunun millimizdə oynaması çətin olacaq.
"Qarabağ"la oyunu komandam üçün 3 xal kimi görürəm" - Azər Məmmədov
Ölkə futbolu / Manşet





