Oktyabrın 24-də premyer-liqanın 9-cu turunda “Kəpəz” “Şəfa”nın qonağı olub.
Daha öncə xəbər verdiyimiz kimi, Gəncə təmsilçisi oktyabrın 9-da keçirilən “Araz-Naxçıvan”la oyundan etibarən səfər matçlarını “Gəncə Mall”da yerləşən “Cinemastercard” kinoteatrının “Kəpəz” zalında nümayiş etdirirdi. Ötən görüşdə cəmi 16 nəfərin bir araya gələrək oyunu izlədiyini, 135 yerlik zalda 119 oturacağın boş qaldığını xəbər vermişdik. Bəs bu dəfə neçə azarkeş geniş ekran qarşısında komandasına dəstək olub?
Bu suala cavab tapmaq üçün “Cinemastercard” kinoteatrlar şəbəkəsinin “Gəncə Mall” filialının müdiri Niyazi Zeynalovla əlaqə saxladıq. Onun verdiyi məlumata görə, bu görüş üçün cəmi 15 bilet satılıb.
“Kəpəz”in səfər oyunlarını birgə izləmək təşəbbüsü hələlik gözlənilən marağı doğurmur. Əvvəlki oyunla müqayisədə də azarkeş sayında artım qeydə alınmayıb.
İSRAYIL XEYRULLAYEV
“Kəpəz”in oyununa bu dəfə 15 bilet satıldı
Ölkə futbolu / Manşet





