Ötən dəfə 16, bu dəfə hələlik 2 azarkeş - “Kəpəz”in təşəbbüsü özünü doğrultmur

24.10.2026 12:30 117
Ölkə futbolu
Məlum olduğu kimi, “Kəpəz” 7-ci turda maraqlı təşəbbüsə imza atmışdı. Klub azarkeşlərin səfər oyunlarını birlikdə izləməsi və qarşılaşmaların ab-havasını yaşaması üçün “Gəncə Mall”da yerləşən “Cinemastercard” kinoteatrının xüsusi ayrılmış “Kəpəz” zalında matçların nümayişinə başlayıb.

Oktyabrın 9-da “Araz-Naxçıvan”la keçirilən görüşü 135 nəfərlik zalda cəmi 16 azarkeş izləmişdi. Bu gün isə Gəncə təmsilçisi premyer-liqanın 9-cu turunda “Şəfa”nın qonağı olacaq. Bəs bu dəfə klubun təşəbbüsü özünü doğruldacaqmı? İndiyədək neçə bilet satılıb?

“Football-plus.az” xəbər verir ki, bu dəfə cəmi 2 bilet satılıb. Matçın başlamasına cəmi 4 saat qaldığını nəzərə alsaq, kinoteartda azarkeş sayının ötən dəfəkindən çox olacağını söyləmək çətindi. Görünən odu ki, komandanı dəstəkləmək istəyən azarkeşlər ya stadiona üz tutur, ya da evdə - daha rahat şəraitdə matçı izləməyə üstünlük verirlər. Hələ ki “Kəpəz”in təşəbbüsü gözlənilən nəticəni vermir.

İSRAYIL XEYRULLAYEV