Misli premyer-liqasının 9-cu turunda "Kəpəz"in "Şəfa"ya qarşı səfər matçı Gəncə Mall-da yerləşən "CineMastercard" kinoteatrında nümayiş etdiriləcək
"Football-plus.az" xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Oyunu geniş ekran və müasir səs avadanlıqlarına malik zalda izləmək istəyən futbol həvəskarları biletləri 3 manata əldə bilərlər. Biletlərin sayı məhduddur, matçın göstəriləcəyi 1-ci zalda cəmi 100 yer var.
Həmin görüş sabah saat 16.30-da başlanacaq.
Xatırladaq ki, "sarı-göylər"in bundan əvvəlki səfər oyunu - oktyabrın 9-da "Araz-Naxçıvan"la görüşü də "CineMastercard"da nümayiş olunub.
"Kəpəz"in oyunu kinoteatrda nümayiş etdiriləcək
Ölkə futbolu





