“Kəpəz”in oyunu üçün cəmi iki bilet satılıb! – niyə axı?

7.10.2026 17:57 108
Ölkə futbolu
Oktyabrın 9-da Misli premyer-liqasında mövsüm qaldığı yerdən davam edəcək. 7-ci turun açılış oyununda “Araz-Naxçıvan” Şamaxıda “Kəpəz”i qəbul edəcək.

Daha əvvəl xəbər verdiyimiz kimi, “Kəpəz” azarkeşlərinin birlikdə matç atmosferini yaşaması üçün “Gəncə Mall”da yerləşən “Cinemastercard” ilə əməkdaşlığa başlayıb. Səfər matçını kinoteatrda izləmək istəyənlər üçün biletlər bu gün satışa çıxarılıb. 135 yerlik “Kəpəz” zalında 1 biletin qiyməti 3 manat təşkil edir.

Maraqlıdı ki, “Cinemastercard”ın rəsmi saytında həmin zalın 104 yerlik olduğu göstərilib. Yerlərdən ikisi əlilliyi olan şəxslər üçün nəzərdə tutulub. Oyuna iki qalmasına baxmayaraq, cəmi 2 bilet satılıb.

Klubun mətbuat katibi Aqşin Əliyev “Football-plus.az”a açıqlamasında biletlərin oyun günü satılacağını və “Kəpəz”in bilet satışı ilə əlaqəsinin olmadığını söylədi.

İSRAYIL XEYRULLAYEV