“Bakıdakı stadionlardan hansında VİP sektora bilet 20 manatdı?!” - Gəray Qiyasov

30.08.2026 13:27 43
Ölkə futbolu / Aktual
Məlum olduğu kimi, “Kəpəz” növbəti turda ev oyununu yenilənmiş Gəncə şəhər stadionunda “Turan Tovuz”a qarşı keçirəcək.

Oyuna ən ucuz biletin qiymətinin 3 manat olması geniş müzakirə doğurub. Maraqlıdı ki, Çempionlar Liqasının pley-offunda mübarizə aparan “Sabah”ın oyununa ən ucuz biletin qiyməti də 1 manat idi.

“Football-plus.az” klubun bu məsələ ilə bağlı mövqeyini öyrənib.

“Kəpəz”in mətbuat katibi Gəray Qiyasov:

“Sabah” Çempionlar Liqasına bir manatdan qoya bilər, amma sırf başqa klublarla müqayisə ediriksə, ötən mövsüm “Qarabağ”Çempionlar Liqasının liqa mərhələsində biletləri neçə manatdan satışa çıxarmışdı?! O bucaqdan baxsaq, biz biletləri 30-50 qəpikdən sataq? Bu düzgün müqayisə deyil. Hələ stadion təmir olunmamış biletlərin qiyməti 2 manatdan başlayırdı. Stadionda VİP sektoru yox idi. İndi isə hər şey yenidi, hər cür şərait var. İndi, sadəcə, 1 manat artım var. VİP isə 20 manatdı. Bakıdakı stadionlardan hansında VİP sektora bilet 20 manatdı?!”

İSRAYIL XEYRULLAYEV