Toral 30 (!) metrdən öz qapısına qol vurdu... – belə də bəxt olar?!

6.11.2026 23:57 0
Dünya futbolu / Manşet
Bu gün Türkiyə çempionatının 1-ci liqasında 14-cü tur start götürüb. Lider “Bursaspor” 7-ci pillədə qərarlaşan “Antalyaspor”un qonağı olub.

Kaleçi İheanaço 26-cı dəqiqədə “yaşıl timsahlar”ı irəli çıxarsa da, Toral Bayramov kuryoz avtoqolla yadda qalıb. Sol cinah müdafiəçisi 45+6-cı dəqiqədə 30 metrdən topu öz qapısına göndərib. Bununla da hesab bərabərləşib – 1:1.

79-cu dəqiqədə əvəzlənən Toral komandasında ən aşağı qiymət alıb.