“Kəpəz” bu gün sosial şəbəkə hesabında maraqlı elan paylaşıb.
Belə ki, “sarı-göylər”in səfər oyunları “Gəncə Mall”da yerləşən “CineMastercard” kinoteatrında nümayiş olunacaq. Bu addımın məqsədi komandanın səfərdəki oyunlarını da Gəncədə azarkeşlərin iştirakı ilə izləmək üçün şərait yaratmaqdı. Ancaq görünən odu ki, klubun yeni təşəbbüsü belə məlum bəyanatdan sonra yaranan narazılığı aradan qaldırmağa kifayət etmir.
“Football-plus.az” elanın altında yazılan şərhləri təqdim edir.
Orxan Həsənli: “Bir oyunu ki, CBC çəkir, hara getsək, eyni şeyi göstərəcək”.
Nurel Kərim: “Kinoteatrda izləyənləri də təhdid edin. Deyin, sakit oturmasaz, şəklinizi paylaşacağıq, verəcəyik polisə həbs eləsin”.
Göründüyü kimi, azarkeşlər son bəyanatda yer alan təhdid, hədə-qorxu məzmununu bəyənməyib.
Klubun yeni rəhbərliyi belə təşəbbüslərlə çıxış etmək əvəzinə azarkeşlərlə münasibətləri qaydasına salmağı düşünsə, daha yaxşı olar.
İSRAYIL XEYRULLAYEV
“Kinoteatrda izləyənləri də təhdid edin” – “Kəpəz” azarkeşləri çağırdı, onlar belə cavab verdi
Aktual / Ölkə futbolu






