Mayın 17-də keçirilən “Kür-Araz” - “Araz Saatlı” oyununun sonlarında qarşıdurma, əlbəyaxa dava oldu. Azarkeşlər, futbolçular - hamı bir-birinə girmişdi.
Matçın final fiti səslənmədi, belədə oyun tamamlanmış sayılmır. Dava başlayana qədər Saatlı təmsilçisi 0:3 məğlub olurdu. Təhlükəsizlik lazımi səviyyədə təmin olunmadığına görə meydan sahibi “Kür-Araz”ın texniki məğlubiyyət alması da mümkündü. Belədə “Ağstafa Gəncləri” 12-ci olacaq, 2-ci liqanı tərk edəcək. Mövcud durumla bağlı “Ağstafa Gəncləri” nə düşünür? Çempionatı tərk etməli olsalar, Apellyasiya Məhkəməsinə şikayəti edəcəklər?
“Football-plus.az”ın sualına komandanın baş məşqçisi, idarəedici şəxslərdən olan Şahin Kərimov cavab verdi: