Dünən gecə çempionşipdə pley-off yarımfinalının cavab görüşü keçirilib. “Football-plus.az” xəbər verir ki, “Milluoll”un qonağı olan “Hall Siti” iki cavabsız qolla qalib gəlib. Bu komandalar arasındakı ilk oyunda qolsuz heç-heçə qeydə alınmışdı. Beləliklə, türkiyəli Acun Ilıcalının sahibi olduğu klub mayın 23-də “Uembli”də keçiriləcək finalda oynamaq hüququ qazanıb. “Hall Siti” həmin oyunda “Sauthempton” – “Midlsbro” cütünün qalibi ilə qarşılaşacaq. Qalib növbəti mövsüm İngiltərə premyer-liqasında çıxış edəcək.