İngiltərədə qalmaq şansı var

12.05.2026 10:31 63
Dünya futbolu
Mövsümün sonunda “Bornmut”u tərk edəcək Andoni İraolanın İngiltərədə qalmaq şansı var.

"Football-plus.az" xəbər verir ki, o, digər yerli klubdan təklif alıb.

İspaniyalı mütəxəssisə “Kristal Pelas” rəhbərliyi müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə təklif edib. Müqaviləyə əsasən, onun illik maaşı təxminən 4,9 milyon avro olacaq. İraola London klubunun təklifinə maraq göstərsə də, yekun qərar verməyə tələsmir. Çünki “Çelsi” və “Mançester Yunayted”in də onunla maraqlandığı iddia edilir.

“Bornmut”u 2023-cü ildən çalışdıran İraolanın komandası hazırda premyer-liqada 55 xalla 6-cı yeri tutur.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul