Ferstappenin atası yaxşı qurtardı

11.05.2026 18:59 47
İdman
Dördqat dünya çempionu Maks Ferstappenin atası, sabiq “Formula-1” pilotu Yos Ferstappen Belçikanın Valloniya əyalətində keçirilən rallidə ciddi qəza keçirib.

Qəza aprelin 26-da – yarışların son günündə baş verib. 54 yaşlı niderlandlının maşını döngədən çıxarkən trassdan kənara uçub və çevrilib. Maşına ciddi ziyan dəysə də, ekipaj qəzadan sağ-salamat qurtulub. Yos Ferstappen olayı belə şərh edib:

“Tozlu yolda çınqıl da var idi. Düşünürəm ki, biz döngəyə yüksək sürətlə daxil olduq, dirəyə dəydik. Məhz buna görə maşın çevrildi, damı üzərinə düşdü. Əsas odu ki, Yasper Vermülenlə birgə maşından sağ-salamat çıxdıq. Zərbə nə qədər güclü olsa da, təhlükəsiz maşındaydıq deyə, bizə nəsə olmadı”.

Xatırladaq ki, Maksın atası 1994-2003-cü illər aralığında “Formula-1” yarışlarında çıxış edib. 2022-ci ildən bəri isə ralli yarışlarına qatılır.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul