12 saat timsahlar arasında üzdü!

11.05.2026 16:47 44
İdman
Britaniyalı üzgüçü Endi Donaldson timsahlarla dolu çayda 55 kilometr məsafəni üzməklə yeni dünya rekordunu müəyyənləşdirib.

O, bu məsafəni 11 saat 51 dəqiqəyə qət edib. Bu göstərici ilə Donaldson 2024-cü ildə Saymon Bleyzerin müəyyənləşdirdiyi əvvəlki dünya rekordunu yeniləyib.

Endi bildirib ki, timsahların yanında üzərkən bir qədər həyəcan keçirib. O, suda heyvanlara toxunduqda böyük adrenalin yaşadığını deyib.