''Fənərbaxça'' nəhayət, çempionluq həsrətinə son qoydu. Amma söhbət kişilər yox, qadınlar arasında futbol turnirindən gedir.
"Football-plus.az" xəbər verir ki, 16 komandalı turnirin 28-ci turunda lider ''Fənər'' ''Girəsun Sənayespor''un qonağı oldu.
İstanbul nəhəngi 7:0 hesablı qələbə qazandı. Tura ikinci pillədə daxil olan ''Qalatasaray''ın öz meydanında ''Trabzonspor''a 0:2 uduzması ilə çempionluq intriqası başa çatdı. ''Fənər'' sona iki tur qalmış ən yaxın rəqibi ilə xal fərqini 7-yə yüksəltdi və qadınlar arasında futbolda tarixinin ilk çempionluğunu qazandı!
''Sarı-lacivərdlilər''in qorxunc göstəricilərə malik olması diqqət çəkir. Komanda 28 tura 123 qol vurduğu halda öz qapısından cəmi 8 top buraxıb!
Komandanın ən məhsuldar futbolçusu 16 qol vuran çexiyalı Aleksandra Staşkovadı.