Misli premyer-liqasının 19-cu turunda “Şamaxı” “Qarabağ”ı qəbul edəcək.
Hazırda Şamaxıya qar yağır. Bəs stadionun, qazonun durumu necədi? Oyunun təxirə salınması ehtimalı varmı?
Bununla bağlı bilgi almaq üçün “Şamaxı”nın mətbuat katibi Yusif Hüseynlə əlaqə saxladıq:
“Hazırda Şamaxıya qar yağır, amma əvvəlki qədər intensiv deyil. Qazonun qardan təmizlənməsi üçün texnika da işləyir. Artıq AFFA nümayəndəsi Yavər Rəhimov da meydançaya baxış keçirib. Oyunun təxirə düşmək ehtimalı haqda söhbət yoxdu. Hansısa fors-major hal olmasa, oyun əvvəlcədən planlaşdırılan vaxtda başlayacaq”.
Xatırladaq ki, oyun saat 14.30-da start götürməlidi.
MÜZƏFFƏR QULUZADƏ