"Qar hələ də davam edir": "Şamaxı" - "Turan Tovuz" oyunu təxirə salınacaqmı? - FOTOLAR

23.02.2025 12:30 296
Aktual / Ölkə futbolu
Bu gün "Şamaxı" Misli premyer-liqasının 24-cü turu çərçivəsində "Turan Tovuz"u qəbul etməlidi.

Məlum olduğu kimi, hazırda paytaxt və bölgələrdə qarlı hava şəraiti hökm sürür. Sosial şəbəkələrdə bir çox idman qurğularının, eləcə də Şamaxı şəhər stadionunun qarla örtüldüyünü göstərən görüntülər yayılıb.

Görəsən, hava şəraiti matçın təxirə salınmasına səbəb ola bilərmi?

"Football-plus.az"ın sualını "Şamaxı"nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov cavabladı:

"Qar hələ də davam edir. Səhər saatlarından həm texnika, həm də canlı işçi qüvvəsi stadionun, xüsusilə ot örtüyünün qardan təmizlənməsi məqsədilə işlərə başlayıb. Hadisələrin axarına əsasən deyə bilərik ki, oyun təxirə salınmayacaq".

Xatırladaq ki, matç saat 14.30-da başlayacaq.

KƏNAN BAHADIR

"Qar hələ də davam edir": "Şamaxı" - "Turan Tovuz" oyunu təxirə salınacaqmı? - FOTOLAR