Misli premyer-liqasının 21-ci turunun oyunu təxirə salına bilər. Söhbət Azərbaycan derbisindən - “Neftçi” - “Qarabağ” qarşılaşmasından gedir.
Səbəb isə odu ki, “Qarabağ” bu matçdan 3 gün əvvəl Bakıda, 3 gün sonra isə İngiltərədə “Nyukasl”la qarşılaşmalıdı. Həqiqətənmi Ağdam təmsilçisinin oyunun təxirə salınması ilə bağlı niyyəti var? Klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev “Football-plus.az”a cavab verdi. O, təxirə salmaq niyyətini inkar etmədi və bildirdi ki, belə addım olsa, hər kəs biləcək.
MÜZƏFFƏR QULUZADƏ