Nisikori ardıcıl üçüncü “Böyük dəbilqə”ni buraxacaq

25.08.2025 10:52 4
İdman
Yaponiyalı tennisçi Key Nisikori Amerika Açıq Tennis Çempionatını buraxmağa qərar verib. Çünki hələ də bel zədəsindən sonra tam bərpa olunmayıb.

"Football-plus.az" xəbər verir ki, o, sosial şəbəkə hesabında bunları yazıb:
“Təəssüf ki, hələ də “US Open”ə qatılmağa hazır deyiləm. Belimi maqnit-rezonans tomoqrafiyasından keçirəndən sonra aydın oldu ki, zədə tam sağalmayıb. Tezliklə korta qayıtmaq üçün yorulmadan çalışıram. Dəstəyə görə sağ olun”.
Mayda Cenevrədə keçirilən ATP-250 turnirində 2-ci dövrədə Rusiya təmsilçisi Karen Xaçanovla qarşılaşan Nisikori ağrı hiss etdiyinə görə sona qədər oynaya bilməmişdi. Ardından o, “Rolan Qarros” və “Uimbldon” turnirlərində də çıxış etmədi.

“US Open”də əsas torun qarşılaşmaları avqustun 24-də start götürəcək və sentyabrın 7-də başa çatacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul