Əmisi Nadala inanır

7.02.2023 23:30 262
İdman
İspaniyalı ulduz Rafael Nadalın əmisi Toni əmindi ki, qardaşıoğlu bu mövsüm “Rolan Qarros”u qazana bilər:

“Onun bədəni əziyyət çəkib. Ancaq 16 yaşından turnirlərdə çıxış etdiyini nəzərə alsaq, bu normaldı. Artıq illərdi ki, yüksək səviyyəli turnirlərdə oynayır, hər kəs topa güclü zərbə vurmaq istəyir. Belə yüklənməyə məruz qalan orqanizm hansısa məqamda “otura” da bilər. Ancaq inanıran ki, Rafa bu il “Rolan Qarros”u qazanmağa qadirdi. Sonrasına baxarıq”.


Football-plus.az xəbər verir ki, Nadal 14 dəfə “Rolan Qarros”un, 4 dəfə “US Open”in, 2 dəfə “Uimbldon”un və 2 dəfə də “Australian Open”in qalibi olub. “Böyük dəbilqə” turnirlərində qələbə sayına (22) görə o və Novak Cokoviç liderlik edir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul