Karlos Alkaras bu turnirdə iştirak etməyəcək

10.01.2023 20:51 228
İdman
Kişilər arasında reytinqin 1 nömrəsi Karlos Alkaras da məşqdə aldığı zədə üzündən “Australian Open”i buraxacaq.

İspaniyalı tennisçi sosial şəbəkə hesabında bunları yazıb:
“Yaxşı formada olduğum məqamda məşq zamanı təsadüfi qeyri-təbii hərəkət üzündən zədələndim. Bu dəfə sağ ayaq əzələmi zədələdim. Avstraliyada ən yaxşı səviyyəmə çatmaq üçün yorulmadan çalışırdım. Təəssüf ki, “Australian Open”də oynaya bilməyəcəm. Ağırdı, ancaq nikbin olmalı, bərpa olunmalı və irəli baxmalıyam. 2024-də görüşərik”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul