Nadal hələ hazır deyil

7.04.2023 12:06 250
İdman
“Böyük dəbilqə” turnirlərinin 22 qat qalibi Rafael Nadal aprelin 9-16-sı aralığında Monte-Karloda keçiriləcək “Masters” seriyalı turniri buraxacaq.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı ulduz sosial şəbəkə hesabında bunları yazıb:

“Mən hələ ki yüksək səviyyədə yarışmağa hazır deyiləm. Karyeramdakı ən vacib turnirlərdən biri olan Monte-Karloda oynaya bilməyəcəm. Hələ ki maksimal təminatla oynamağa hazır deyiləm, hazırlıq prosesini davam etdirirəm, tezliklə qayıdacağıma ümid edirəm”.


Xatırladaq ki, 36 yaşlı Nadal əzədə zədəsi üzündən yanvarın 18-dən bəri korta çıxa bilmir. O, həmin gün “Australian Open”in 2-ci mərhələsində amerikalı Makkenzi Makdonalda uduzub (4:6, 4:6, 5:7).