İzner “US Open”dən sonra bitirəcək

28.08.2023 18:51 213
İdman
Amerikalı tennisçi Con İzner “US Open”dən sonra karyerasını bitirəcəyini elan edib.

“Football-plus.az” xəbər verir ki, o, sosial şəbəkə hesabında bunları yazıb:
“ATP-də keçirdiyim 17 ildən sonra peşəkar tennislə vidalaşmağın vaxtı gəlib çatdı. Bu keçid asan olmayacaq, ancaq möhtəşəm ailəmlə birgə yeni həyatın hər saniyəsini səbirsizliklə gözləyirəm. “US Open” sonuncu turnirim olacaq. Tennis ayaqqıblarımın ipini sonuncu dəfə bağlamağın vaxtıdı”.


38 yaşlı amerikalı ATP səviyyəli 24 turnirin (16-sı fərdi) qalibi, tennis tarixində eyslərin sayına görə dünya rekordçusudu. Onun ATP reytinqində ən yüksək yeri 8 olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul