Samir Abasov gözündən düşən legioneri "sildi" - "Neftçi"də gözlənilən ayrılıq!

18.05.2025 09:57 662
Aktual / Ölkə futbolu
Ötən ilin yanvarında “Neftçi”yə transfer olunan Alfa Konte ümidləri doğrultmayan futbolçuların siyahısında öndə qərarlaşıb.

O, başa çatmaqda olan mövsümdə cəmi 10 oyuna çıxıb, bir məhsuldar ötürmə verib. Syerra-Leonedən olan, çoxdan Samir Abasovun gözündən düşən sol vingerdən heç bir xəbər-ətər yoxdu. Bəlkə, ümumiyyətlə, Bakını tərk edib? “Ağ-qaralar”ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallının bu ehtimala münasibəti:
“Futbolçu Bakıdadı. Məşqçinin qərarına əsasən fərdi şəkildə məşq edir”.

MÜZƏFFƏR QULUZADƏ