Xatırlayırsızsa, Samir bəy həm də məsələnin araşdırıldığını demişdi. Görəsən, mövzu nə yerdə qaldı? Ümumiyyətlə, futbolçunun nəyə əsasən zədəli olduğu düşünülüb?
“Football-plus.az” bu suallarla “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya müraciət etsə də, “dişə çəkiləsi” cavab almadı:
“Məsələylə bağlı hansısa addım nəzərdə tutulmayıb”.
Maraqlıdı ki, Samir Abasovun zədəli olduğunu iddia etdiyi Rza Cəfərov Azərbaycan – Belarus (yoldaşlıq oyunu), “Neftçi” – “Araz-Naxçıvan” (premyer-liqa, 28-ci tur) və “Neftçi” – “Sabah” (ölkə kuboku, yarımfinal mərhələsinin ilk oyunu) matçlarında 90 dəqiqə meydanda olub və davranışlarında hansısa zədədən əsər-əlamət hiss edilməyib.KƏNAN BAHADIR





