Millimiz İraqla bacarmadı

17.11.2026 21:24 0
Ölkə futbolu
U-20 millimiz yoldaşlıq görüşündə İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, "SOCAR Polymer Arena"da keçirilən matç qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Komandalar arasında ikinci yoldaşlıq oyunu noyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.