Mİllimiz Omanı yenə məğlub etdi

17.11.2026 19:24 0
Ölkə futbolu
21 yaşadək futbolçulardan ibarət millimiz Omanın U-23 yığması ilə keçirdiyi ikinci yoxlama oyunundan da qalib ayrılıb.

"Football-plus.az" xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi komanda “Bank Respublika Arena”da baş tutan qarşılaşmada rəqibini 4:2 hesabı ilə məğlub edib.

Millimizin heyətində Elgün Dünyamalıyev 28-ci, Əli Xəlilov 42-ci, İlkin Cəfərli 65-ci, Niyazi Osmanov isə 78-ci dəqiqədə fərqləniblər.

Beləliklə, yığmamız Omanla keçirdiyi hər iki yoxlama görüşündə qələbə qazanıb.

Noyabrın 14-də baş tutan ilk qarşılaşma millimizin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Həmin oyunda hər iki qolu Niyazi Osmanov vurub.