Samir Abasovun və köməkçilərinin “Neftçi”yə keçidindən sonra Bakı klubunda daha bir ayrılıq yaşanıb. Söhbət komandanın qapıçılar üzrə məşqçisi Emil Babayevdən gedir. Kuluarlarda gəzən söz-söhbətə inansaq, mütəxəssisin yeni iş yeri “Sumqayıt”dı.
Bunu dəqiqləşdirmək məqsədilə “kimyaçılar”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Klub rəsmisi “Football-plus.az”a açıqlamasında yayılan xəbərlərin həqiqətəuyğun olmadığını, yeni baş məşqçi Vaqif Cavadovun bütün köməkçilərinin adına tam aydınlıq gəlmədiyini bildirdi.
Hər halda, Samir Abasovun gəlişinə qədər “ağ-qaralar”ın məşqçilər korpusunda çalışan Sənan Qurbanovla Emil Babayevin taleyinə hələ aydınlıq gəlməyib. O bəllidi ki, hər iki yerli mütəxəssis işsiz qalıb. Onların adlarına “Neftçi”nin rəsmi saytında rast gəlmədik.
KƏNAN BAHADIR