"Xankəndi" - "Karvan-Yevlax" oyunu üçün 1000 bilet satıldı!

17.11.2026 23:18 27
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, cümə axşamı, yəni noyabrın 19-da böyük futbol rəsmən Xankəndiyə qayıdacaq. Xankəndi stadionunda keçiriləcək 1-ci liqanın 8-ci tur matçında şəhərin eyniadlı təmsilçisi "Karvan-Yevlax"ı qəbul edəcək.

Oyunu stadiondan izləmək istəyənlər üçün biletlər satışa çıxarılıb. Bu barədə "Football-plus.az"a "Xankəndi"nin mətbuat xidmətinin rəhbəri Günel Abbas məlumat verib. Həmkarımızın açıqlamasını təqdim edirik:

"Biletlərin qiyməti 1-10 manat aralığında dəyişir. Azarkeşlərimiz Xankəndidədi. Hələ ki oyun üçün 1000 bilet satılıb. Təbii ki, qonaq komandanın tərəfdarları üçün də yerlər ayrılıb. "Karvan-Yevlax" bizdən 100 bilet istəyib".

Matç saat 16.00-da start götürəcək. Xankəndi şəhər stadionunun 8554 yerlil olduğunu da xatırladaq.

KƏNAN BAHADIR